Əfqanıstan prezidenti Əşrəf Qani deyir ki, İslam Dövləti qrupu bu gün ölkənin qərbində 33 nəfərin həyatına son qoyan intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb.
Rəsmilərin sözlərinə görə, Calalabad şəhərində həyata keçirilmiş hücum zamanı 100-dən çox insan isə yaralanıb. Partlayışı dəhşətli hadisə adlandıran prezident Qani İslam Dövlətinin məsuliyyətini öz üzərinə götürdüyünü elan edib.
Bundan əvvəl isə hücumu törətmədiyini bildirən Taliban partlayışı şeytan əməli adlandırmışdı.
İntiharçı bombanı bank binasının qarşısında hökumət işçiləri əmək haqlarını götürməyə gələn zaman partladıb.
Şahidlər hücum zamanı iki partlayışın olduğunu bildirir.
BMT-nin Əfqanıstanda Yardım Missiyası hücumu pisləyib. Bu gün açıqladığı bəyanatında deyilir ki, missiya insanların sıx məskunlaşdığı bölgələrdə çoxsaylı bomba hücumlarının həyata keçirilməsinin müharibə cinayəti olduğunu hesab edir. Bəyanat günahkarların dərhal məsuliyyətə cəlb olunmasına çağırır.