Accessibility links

Əfv komissiyası toplandı


Bu gün, yanvarın 30-da prezident yanında Əfv Məsələləri Komissiyasının toplantısı keçirilib. Toplantıda əfv olunmaq istəyən məhbusların müraciətləri araşdırılıb.

“Turan” agentliyinin xəbərinə görə, komissiyanın üzvlərindən Rəşad Məcid bildirib ki, onlara əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciəti daxil olub.

Toplantıda həmin müraciətlərdən 100-ə qədərinin müzakirə edildiyi bildirilir. Müraciətlərlə bağlı ümumi məzmunlu müzakirələrin olduğu qeyd edilir.

Əfv Komissiyasının iclasının gözlənilməsi barədə bu gün, yanvarın 30-da həmin komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirmişdi.

O, demişdi ki, komissiya əfvlə bağlı daxil olan müraciətləri nəzərdən keçirməlidir:

"Həmişəki kimi, komissiyanın iclasları sona çatdıqdan sonra əfv olunması nəzərə tutulan şəxslərin siyahısının dövlət başçısına təqdim olunması gözlənilir", Əliməmməd Nuriyev bildirmişdi.

O, yaxın vaxtlarda əfv olub-olmayacağı haqqında indidən konkret bir söz deməyin çətin olduğunu söyləmişdi. Komissiya üzvü eyni zamanda Novruz bayramı ərəfəsində böyük əfv fərmanının veriləcəyinin istisna olmadığını da bildirmişdi.

Xatırlatma

Prezident sonuncu dəfə də əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanması gözləntisi də var. Hüquq müdafiəçiləri bundan öncə siyasi məhbus hesab edilən şəxslərin əfv oluna biləcəyini ifadə ediblər.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyillər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG