Accessibility links

Əliməmməd Nuriyev: Əfv olacağına ümid etmirəm


Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Son əfv sərəncamı bu ilin martında olub, 424 nəfər əfv olunub. Əfv sərəncamından bizi qısa müddət ayırır və bu səbəbdən yaxın günlərdə əfv olacağını güman etmirəm

Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əfv Komissiyasının iclasının olacağı ilə bağlı son həftələrdə komissiya üzvlərinə məlumat daxil olmayıb.

“Əfv Komissiyasına müraciətlər daxil olur, komissiya müraciətləri öyrənir, hazırlayıb komissiyanın iclasına təqdim edir. Komissiyanın iclası Əfv komissiyasının sədri Ramiz Mehdiyev tərəfindən çağırılır. Bu əlamətlərə görə yaxın zamanda əfv olacağını real saymıram”, o qeyd edib.

Komissiya üzvü eyni zamanda deyib ki, “əfv cənab prezidentin konstitusion səlahiyyətlərinə daxildir və kimlərin əfv ediləcəyini, nə vaxt sərəncam imzalayacağını o müəyyən edir”.

Son günlər yerli mediada Qurban bayramı (sentyabrın 1 və 2-si) qabağı əfv olacağı ilə bağlı xəbərlər yayılmaqdadır.

XS
SM
MD
LG