Accessibility links

Əfv komissiyası yüzədək müraciətə baxıb


Mayın 1-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasında yüzədək müraciətə baxılıb. Bu barədə Amerikanın Səsinə komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, komissiyanın iclasları davam etdirləcək.

Bundan öndəki icalslarda komissiya əvfvlə bağlı yüzlərlə müraciətə baxıb.

Yerli media Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində (28 may) əfv sərəncamının imzalanacağını və ya amnistiya aktının qəbul ediləcəyini bildirir.

Azərbaycan prezidenti sonuncu əfv sərancamını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv 423 nəfərə şamil olunub.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə yüz altmışadək siyasi məhbusun, Beynəlxalq Əfv (Amnesty İnernational) təşkilatı isə ondan çox "vicdan məhbusu"nun olduğunu bildirir.

Ancaq Azərbaycan hakimiyyəti birmənalı şəkildə ölkədə siyasi məhbusların olmadığını deyir. Rəsmilər bildirir ki, hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb edilib. Sadəcə onların həbsi maraqlı qüvvələr tərəfindən siyasiləşdirilib.

XS
SM
MD
LG