Accessibility links

Qahirədə partlayış olub


Misir Daxili İşlər Nazirliyinin Facebook səhifəsində deyilir ki, bu gün Qahirənin əsas yollarından birinə qoyulan qurğunun partlaması nəticəsində azı bir nəfər ölüb, digəri isə yaralanıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

İslam Dövlətinın Şimali Sinaydakı bölməsinin döyüşçüləri bölgədə yüzlərlə əsgər və polis işçisini qətlə yetirib. Onlar Qahirə və başqa şəhərlərdə də hücumlar həyata keçirir.

Keçən həftə Şinayın şimalındakı diviziyanın komandiri, briqada-generalı Adil Rajaye də Qahirə yaxınlığındakı evinin qarşısında qətlə yetirildi. Bu hücumun məsuliyyətini yeni təşkil edilmiş Louva Əl-Taura" - "İnqilab Briqadasdı" adlı yaraqlı qrup üzərinə götürüb.

XS
SM
MD
LG