Accessibility links

Misirdə demokratiya təmayüllü partiyaların gələcəyi qeyri-müəyyən görünür [Video]


Misirdə seçkilərdən sonrakı vəziyyət
please wait

No media source currently available

0:00 0:02:59 0:00
“Müsəlman Qardaşları”na qalib gəmiş ordu tərəfdarları bayram etdikləri bir vaxt, gənc fəallar siyasi fəaliyyətlərinin məhdudlaşdığından şikayət edir. Eyni zamanda onlar Misirdə siyasətin dəyişəcəyinə və bu dəyişikliyin nə İslama qarşı, nə də demokratiyaya qarşı yönəlməyəcəyinə ümid edirlər.
Əbdül Fəttah Əl-Sissi
Əbdül Fəttah Əl-Sissi
Bu həftə keçirilən seçkilər heç də bütün misirlilər üçün səsvermə olmadı. Müxalifəti dəstəkləyən seçicilərin dediyinə görə, onlar Həmdin Sabahini dəstəkləməklə daha çox ölkəni bir ildir idarə edən Misirin sabiq ordu komandanı Əbdel Fəttah əl-Sissi əleyhinə səs veriblər. Cənab Sissinin tərəfdarları isə deyirlər ki, Sissiyə səs verməklə məqsədləri onu dəstəkləmək deyil, keçən il devrilərək həbs edilən “Müsəlman Qardaşları”nın lideri Məhəmməd Mursiyə qarşı çıxmaqdır.

Amel adlı qadın deyir ki, o, seçki məntəqəsinə ona görə gəlib ki, bir də Mursi hakimiyyətə qayıtmasın. “Keçmiş prezidentin geri dönməsi ümidlərin sonu deməkdir. Biz onun geri dönməsini istəımirik,” - deyə, o bildirir.

Məhəmməd Mursi hakimiyyətdən qovulduqdan bəri Misir siyasəti xeyli sərt xarakter alıb - minlərlə insan həbs edilib və öldürülüb.
​Bu həftə keçirilən seçkiləri boykot edən “Güclü Misir” partiyasından Fikri Nabil Misir siyasətinin yenidən müəyyən edilməsinə ehtiyac olduğunu deyir. “Biz cəmiyyətdə islamçı və qeyri-islamçılar arasında dərin qütbləşmənin əmələ gədiyini görürük. Əsl mübarizə demokratiyanın kim üçün və kim əleyhinə olması ətrafında cərəyan etməlidir."

2011-ci il inqilabından sonra ölkədə “Azad Misir” kimi çox sayda partiyalar və gəncləri hədəf alan mərkəzçi qruplar yaradıldı. “Azad Misir” Partiyasının baş katibi Şahir Corc Sissi hakimiyyəti başlayan kimi hərbiçilərin intiqamından qorxan partiya üzvlərinın partiyanı tərk etdiyini deyir. “Bizim məqsədimiz kütlənin rəğbətini bir də qazanmaqdır, bu günlər bizim buna böyük ehtiyacımız var. Hazırda küçə yürüşlərinin dayandırılması və insan haqlarının qorunmasına məhəl qoymamaq populyar olub.”



Lakin nə hərbiçiləri, nə də dindarları istəməyən gənc partiyalar daxili nifaqlarla üzləşir.
Səsvermə məntəqələrinə gələn seçicilər daha çox seçim olmasını istədiklərini, lakin gənc partiyaların təcrübəsiz və parçalanmış olduqlarını deyirlər.

Müxalifətçiliyin cinayət yaxud cəhalət kimi dəyərləndirildiyi yerdə demokratiya təmayüllü partiyaların gələcəyi qeyri-müəyyən görünür.
XS
SM
MD
LG