Accessibility links

Misirdə seçkilərin demokratiyaya keçid prosesində rolu (VİDEO)


Misirdə seçkilərin demokratiyaya keçid prosesində rolu (VİDEO)
Misirdə seçkilərin demokratiyaya keçid prosesində rolu (VİDEO)

Misirin hərbi hökumətinin liderləri nümayişlərin davam etməsinə baxmayaraq, parlament seçkilərinin bazar ertəsi keçiriləcəyinə təkid edir.

Son on illər ərzində ölkədə ilk demokratik seçkilərdən bir neçə gün əvvəl zorakılıqlara səhnə olmuş paytax Qahirə bunun üçün indi ən münasib yer kimi görünməyə bilər. Lakin seçicilərin bir hissəsi hesab edir ki, nümayişlər keçid prosesində durğunluğun yaranmasına imkan verməyəcək.

Qahirədə qrafika dizayneri olan Əbdürrəhman Mənsurun sözlərinə görə, Təhrir meydanına toplaşan insanlar əmin olmaq istəyir ki, onların hüquqlarına hörmət edilir və ölkə irəliləyir.

Qahirədə Amerika universitetinin professoru Səid Sadik bu fikirlə razılaşaraq deyir ki, etiraz nümayişləri hakimiyyətdə olan Ali Hərbi Şura üçün həyəcan siqnalı kimi çıxış edir. “Mübarək rejiminin sona çatmasından sonra Ali Hərbi Şura inqilabın tələblərini təmin etməkdən başqa legitimliyə malik deyil. Bu, inqilabın yaratdığı qanunuyğunluqdur. Buna görə də onlar baş verən hadisələrin arxasınca getməlidir”-deyə o bildirir.

Nümayişçilərin qeyri-qanuni şəkildə dağıdılmasından sonra Ali Hərbi Şurası kursu dəyişdi və insanların ölümünə görə üzr istədi. Şura seçkilərin baş tutacağını elan etdi. Lakin seçicilərin bir hissəsi deyir ki, onlar prosesdə şura ölkəni irəli apardığı halda iştirak edəcəklər.

Professor Sadik deyir ki, inqilabçıların sayı mürtəce tərəfi təmsil edub əvvəlki imtiyazlı vəziyyəti saxlamağa çalışan köhnə silahlı qüvvələr, sərt xətt tərəfdarı islamçılar və keçmiş hökumətin qalıqlarından daha çoxdur. “Bu insanların hamısı özünə bir pay qoparmaq istəyir və kəs Misirin bir ölkə kimi qeydinə qalmır”-deyə o bildirir.

Professor Sadik bu şəraitdə nümayişçilərin onlara hadisələrin nə ilə nəticələnə biləcəyini xatırlatdığını deyir.

XS
SM
MD
LG