Accessibility links

Məhəmməd Mursiyə qarşı yeni ittihamlar irəli sürülüb


Misirin dövlət ittihamçısı hazırda həbsdə olan sabiq prezident Məhəmməd Mursiyə və digər 34 İslamçıya qarşı xarici təşkilatlarla əlbir olaraq ölkədə terror hücumları həyata keçirmək və hərbi sirrləri başqa dövlətlərə sızdırmaq ittihamları irəli sürüb.

Prokurorun açıqladığı bəyanatda deyilir ki, Məhəmməd Mursinin "Müsəlman Qardaşları" təşkilatı Fələstinin "Həmas" və Livanın "Hizbullah" təşkilatları ilə Misirdə terror və zorakılıq planları hazırlayırmış.

Cənab Mursi bir il bundan əvvəl, hakimiyyətdə olarkən prezident sarayı qarşısındakı nümayişlər zamanı etirazçılara qarşı həyata keçirilən zorakılıqlara təhrik ittihamı ilə də üzləşir.


XS
SM
MD
LG