Accessibility links

Misirdə polis məntəqəsinə hücum olub


Bomba partlayışı 1 nəfərin ölümünə, 18 nəfərin yaralanmasına səbəb olub

Misir rəsmilərinin bildirdiyinə görə, Nil Deltasında polis məntəqəsində baş verən partlayış bir nəfərin ölümünə, azı 18 nəfərin yaralanmasına səbəb olub. Xəbərdə deyilir ki, naməlum şəxslər Qahirədən 100 kilometrlik məsafədə yerləşən Mənsurə şəhərində hücum zamanı bombanı avtomobildən atıblar.

Hücum hərbçilərin prezident Mursini devirməsindən bəri həftələrdir davam edən siyasi böhranın davam etdiyi vaxta təsadüf edir.

Ölkənin müvəqqəti prezidenti Ədli Mənsurun sözçüsü bomba hücumunun terror aktı olduğunu deyib və əlavə edib ki, belə addımlar Misiri sarsıtmayacaq.

Bu arada, devrilmiş prezident Mursinin mənsub olduğu Müsəlman Qardaşları təşkilatı bu gün Qahirədə keçirilən yürüşlər zamanı iki nəfərin qətlə yetirildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG