Accessibility links

Fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq Misirdə aksiyalar davam edir


Misir ordusunun komandanı ölkədə davam edən siyasi böhranın dövlətin süqutuna gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib. Hərbi komandan eləcə də müdafiə naziri vəzivəsini icra edən Əbdül Fəttah Əl-Sissi bunu bu gün Hərbi Akademiyada kursantlar qarşısında çıxışı zamanı deyib.

Əbdül Fəttah Əl-Sissi bu çıxışını ölkədə fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, yüzlərlə insanın Misir şəhərlərində hökumətə qarşı etirazlarını bildirmək üçün küçələrə çıxdığı gecənin səhəri edib.

Misir prezidenti Məhəmməd Mursinin bazar günü ölkədə fövqəladə vəziyyət elan etməsindən sonra bazar ertəsi misirlilər Port-Səid, İsmailliyə və Süveyş şəhərlərində etiraz aksiyalarına çıxıb.
XS
SM
MD
LG