Accessibility links

Misirin insan haqları qrupları referendumun pozuntularla müşayiət olduğunu bildirir


Misirdə insan hüquqları qrupları islamçıların dəstəklədiyi konstitusiyaya dair referendumun birinci raundunun geniş pozuntularla keçdiyini və yenidən keçirilməli olduğunu bildirir.

Yeddi qrupdan ibarət koalisiya bu çağırışı prezident Məhəmməd Mursini dəstəkləyən “Müsəlman Qardaşları”nın şənbə günü səsvermədə qələbə çaldığını elan etdiyi vaxt edib.

İnsan haqları qrupları bəzi seçicilərin geri qaytarıldığı və bəzi insanların hakimlər əvəzinə səsvermə məntəqələrində qeyri-qanuni işlədiyindən şikayət edib. Misir müxalifətinin tanınmış fiqurlarından biri olan Məhəmməd ElBaradei tvitter hesabında səsverməni tənqid edərək, seçici fəallığının aşağı olduğunu bildirib.

Yeni konstitusiyaya dair referendumun Misirin 27 vilayətindən 10-da və Qahirə və İskəndəriyyə şəhərlərində keçirilib. İkinci raund Misirin daha ucqar və dindar vilayətlərində dekabrın 22-də keçiriləcək.
XS
SM
MD
LG