Bazar gününə planlaşdırılan nəhəng nümayiş ərəfəsində Qahirənin Təhrir meydanında toplaşan izdiham prezident Məhəmməd Morsinin istefasına çağırır.
Misirlilər nəhəng nümayiş ərəfəsində etiraz edirlər

1
Misirin islamçı prezidenti Məhəmməd Morsinin əleyhdarları Qahirənin Təhrir meydanında milli bayraqlar yelləyirlər. 28 iyun, 2013.

2
Misirli etirazçı əlində üzərində prezident Məhəmməd Morsiyə ünvanlanmış "get" yazılmış qırmızı kart göstərir. 28 iyun, 2013.

3
Misirli etirazçı üzərində ABŞ-ın Misrdəki səfirini və prezident Məhəmməd Morsini əks etdirən karikaturalar tutub. 28 iyun, 2013.

4
Misirin islamçı prezidenti Məhəmməd Morsinin əleyhdarları bazar gününə planlaşdırılan nəhəng nümayiş ərəfəsində prezident sarayının qarşısında düşərgə salıblar. 28 iyun, 2013.