Accessibility links

İran Azərbaycanında iki fəal müvəqqəti azadlığa buraxılıb


İran Azərbaycanının Əhər şəhər həbsxanasında saxlanılan İsrafil Fətullahzadə və Sulduz həbsxanasında saxlanılan Səccad Şəhiri məzuniyyətə buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Fəthullahzadə aprelin 24-də və Səccad Şəhiri Sulduz aprelin 25-də müvəqqəti azad edilib.

Koronavirus infeksiyasının İran həbsxanalarında yayılması səbəbi ilə məzuniyyətə buraxılan Fətullahzadə və Şəhiri hər biri 20 günlük müddətində girov qarşılığında məzuniyyətə buraxılıb.

İsrafil Fətullahzadə yanvar ayının 30-da təhlükəsizlik qüvvələri tərəfindən 7 aylıq həbs cəzasının tətbiqi üçün Əhər həbsxanasına köçürülmüşdü.

Milli fəal 2015-ci ildə Əhər şəhərində İran dövlət televiziyasında "Fitilə" adlı uşaq proqramında türklərin aşağılanması ardından keçirilən aksiyalarda həbs edilmişdi.

Fəthullahzadə Əhər İnqilab Məhkəməsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq fəaliyyəti ilə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək"də ittiham edilmişdi.

Səccad Şəhiri isə aprelin 3-də məhkəməyə müraciət etdikdən sonra həbs edilib və 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz həbsxanasına köçürülmüşdü.

Şəhiri məhkəmə işinin ilk mərhələsində Sulduzun 2-ci Cinayət Məhkəməsinin 103-cü şöbəsinin sədri hakim Əmir Kiyumərsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.

Daha sonra isə milli fəala verilən bu hökm Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

Səccad Şəhiri keçən ilin yanvar ayının 16-da kəşfiyyat agentləri tərəfindən həbs edilmişdi. Milli fəal həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülərək, martın 18-də 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Şərhlərə bax

XS
SM
MD
LG