Accessibility links

“İranda 30 milyon türk farsların əlində əsirmi?” [Audio-Müsahibə]


Əjdər Tağızadə
Əjdər Tağızadə

İran Azərbaycanı və İranın başqa bölgələrində yaşayan türklərin üzləşdiyi problemlərin Azərbaycan Respublikasında necə təsvir edilməsi ilə bağlı güneyli fəallar arasında fərqli düşüncələr mövcuddur.

Amerikanın Səsinə bu barədə müsahibə verən Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Ədjər Tağızadə güney toplumu və milionlar türkün İranda əsir kimi təsvir edilməsinin doğru bir yanaşma olaraq dəyərləndirir.

Əjdər Tağızadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:21:03 0:00
Direct link

Bəzi fəallar o cümlədən, keçən həftələrdə Amerikanın Səsinə müsahibə verən güneyli fəal və bəstəkar Məmməd Ənsari güney gerçəklərinin arazın digər tərəfində olduğu kimi təsvir edilmədiyini deyir.

İranda fars dili, İran milləti və İran mədəniyyəti hakimdir. Bir xalqın dili qadağadırsa, kimliyi və hüququ tapdalanırsa, o millət əsir deyilsə bəs nədir?”
Əjdər Tağızadı

“Biz Quzey toplumuna Güney Azərbaycanla bağlı doğru bilgi vermirik. 30 miliondan artıq türkün farsların əlində əsir olduğunu deyirik. Ancaq, quzeylilər güneyə gedəndə fərqli bir təsvir müşahidə edirlər..,” Bakıda təhsil almış təbrizli bəstəkar müsahibəsində güney toplumunda Türk kimliyini önə çəkməyənlərin uğurlu ola biləcəyini vurğulamışdı.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyəti üzvü Əjdər Tağızadə isə İran Azərbaycanının əsir bir toplum olması təsvirinin gerçəklərə dayandığını qeyd edir.

“İranda fars dili, İran milləti və İran mədəniyyəti hakimdir. Bir xalqın dili qadağadırsa, kimliyi və hüququ tapdalanırsa, o millət əsir deyilsə bəs nədir?” deyə Tağızadə söyləyir.

Əjdər Tağızadənin sözlərinə görə, “Azərbaycan bütövlüklə parçalanıb. Kommunistlər [güney və quzey arasında] bir dəmir duvar çəkmiş, Rus kültürünü təhmil etmişdilər.. Güney Azərbaycan isə dünyada bütünlüklə unudulmuşdu. Heç kəs tanımırdı. İnsanlar öz kimliklərini unutmuşdular.”

DAK-ın daimi şurasının sədri Güney Azərbaycanda türk kimliyini önə çəkməyənlərin siyasət və ticarət sahələrində uğurlu ola biləcəklərini təsdiq edir. Ancaq, o, bütün bunların quzey toplumunda təsvir edilib edilməməsi, eləcə də güneylə bağlı gerçəklərin fərqli şəkildə və şişirdilmiş olaraq əks edildiyininə dair sualları cavablandırmır.

“Deyirlər ki, Tehran bazarı Azərbaycanın əlindədir, əlindədir, amma, bəs bunun dili və kimliyi harada,” deyə o, əlavə edir.

Tanınmış faəl həmçinin güneylilərin Azərbaycanda həm hakimiyyət həm də müxalif qüvvələrindən dəstək gözlədiyini bəyan edir.

XS
SM
MD
LG