Accessibility links

Əjdər Tağızadə: Türkiyə və Azərbaycan dövlətləri artıq Güney məsələsinə diqqət yetirirlər


Əjdər Tağızadə
Əjdər Tağızadə

Əjdər Tağızadə Amerikanın Səsi ilə söhbətdə deyir ki, “Güneyin siyasi təşkilatları və milli fəalların fəaliyyəti nəticəsində Azərbaycan Respublikası və Türkiyə Güney Azərbaycan məsələsinə diqqət yetirməyə başlayıblar.”

Əjdər Tağızadə: Türkiyə və Azərbaycan dövlətləri artıq Güney məsələsinə diqqət yetirirlər (Audio əlavə ediləcək)
please wait

No media source currently available

0:00 0:12:01 0:00

İran Azərbaycanında təşkil olunan dinc aksiyalara qatılan vətəndaşların tutulması və polis zorakılığına məruz qalması, habelə türk fəallara qarşı çıxarılan cəzaların ağırlaşmasına diqqət çəkən Tağızadənin sözlərinə görə, milli hərəkatın güclənməsi hakimiyyəti qorxuya salıb.

İndi demək olar ki, Türkiyə medyasında 100 il sonra bu sindrom sındı. Güney Azərbaycanın adı çəkilir və türrk deyilir. Güneydəki haqlardan danışılır.


O, İran hakimiyyətinin türklərə konstitusiya çərçivəsində də fəaliyyət icazəsi vermədiyini vurğulayır:

“Abbas bəy Lisaniyə 15 il həbs verir. Nəyə görə? Siyamək bəy Mirzayini tutur. Nəyə görə? Bunların bəziləri, Lətif bəy Həsəni gillər kimi, dedilər ki, biz istəyirik İran konstitusiyasının çərçivəsində bir sıra fəaliyyətlərimiz olsun. Ancaq onu da qəbul etmədilər.”

Siyasi fəal Ərdəbilin Cıral parkında keçirilən Qarabağa dəstək mitinqində baş verənlərə işarə edərək əlavə edir, “Ərdəbildə məhkəmə idi. Nə ediblər? Bunlar gedib Ərdəbilin Cıral bağında Quzey Azərbaycana dəstək bildiriblər. Ermənistana Rus dəstək verir, Fransa dəstək verir. Mənim də Güneydən olan insanım, durur Quzeyə mənəvi bir dəstək göstərir. Amma, sən alırsan uşaqlı qadınları döyursən. Vurursan adamların qabırqaların sındırırsan. 60 yaşında əli yalın qadın sənə nə edib ki, onu tutursan axı? Onun adını qoyursan pan-Türkist. Adını qoyursan casus və ya milli təhlükəsizliyə qarşı fəaliyyət edən. O nə edəcək sənin milli təhlükəsizliyinə?”

Əjdər Tağızadə hakimiyyətin haqqını pozduğu millətdən qorxudğunu qeyd edir.

“İran hakimiyyətinin öz ideoloqu çıxır yazır ki, Ərdoğanın bir dənə Araz şeirini oxuması ilə İran silkələndi. Zərifi qınayır ki, niyə dəbərdirsən bu məsələni. Bu dərbərtməli bir məsələ deyil. Bunlar millətdən qorxuya düşüblər. Etdiklərə əməllərə görə qorxurlar. Bu millətin haqqını pozduqlarına görə, bu millətdən qorxurlar.”

Tağızadə milli hərəkata mənsub qüvvələrin fəaliyyətləri sayəsində Azərbaycan Respublikası və Türkiyədə Güney Azərbaycan məsələsinə diqqət yetirildiyini qeyd edir.

“Güney Azərbaycanın siyasi təşkilatlarının və insanlarının siyasi fəaliyyətlərinin nəticəsidir ki, bugün öz əks-sədasını tapır. Əgər bugün İlham Əliyev enir Xudafərin Körpüsünü məscid kimi ziyarət edir. Ərdoğan gəlir Araz şeirini oxuyur. O, bilir ki, nə oxuyur və niyə oxuyur. İndi demək olar ki, Türkiyə medyasında 100 il sonra bu sindrom sındı. Güney Azərbaycanın adı çəkilir və türrk deyilir. Güneydəki haqlardan danışılır. Bu daha da genişlənəcək. Qərbin də qulağına çatacaq,” deyə siyasi fəal əlavə edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG