Accessibility links

Əjdər Tağızadə: Güney Azərbaycan parlamenti müzakirələrdən sonra elan edilə bilər [Video-müsahibə]


Əjdər Tağızadə: Güney Azərbaycan parlamenti müzakirələrdən sonra elan edilə bilər
please wait

No media source currently available

0:00 0:08:29 0:00
Direct link

Əjdər Tağızadə: Güney Azərbaycan parlamenti müzakirələrdən sonra elan edilə bilər

DAK Daimi Şurasının sədri martın 15-də elan edilmiş parlamentin tanınmayacağına inanır. İqbal Ağazadə Tağızadəyə cavab verib. “İfadələrində ehtiyatlı ol”.

Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsinə müsahibəsində Cənubi Azərbaycan mühacirət parlamenti, mühacirət hökuməti və bu təşəbbüslərdə bulunanlarla bağlı danışıb.

Onun sözlərinə görə Dünya Azərbaycanlıları Konqresi “sürgün parlamenti”ndə iştirak etməməklə bağlı qabaqcadan çağırış edib. “Bildiyimizə görə Milli Məclisin deputatı İqbal Ağazadə Azərbaycanda 26 adama zəng edib. Onlardan 12 adam Danimarkaya gedib və onlardan 3 nəfər bitərəf qalıb. 9 nəfər parlamentin təşəbbüs qrupunu yaratdığını bildirib. 9 nəfər orada olub, 9 nəfər də özünü seçib”.

Tağızadə İqbal Ağazadənin də Danimarkada olduğunu deyir. "Ammaİ.Ağazadə orada olduğunu inkar edir. Danimarkada tədbir başa çatmamışdan 1 saat əvvəl, martın 15-də Azərbaycanda “Yeni Müsavat” qəzetində “sürgün parlamenti”nin yaradılması barədə məlumat dərc edilib. Hətta “sürgün dövləti”nin yaradılmasına təşəbbüs bulunacağı qeyd edilib”.

DAK Daimi Şurasının sədri eyni zamanda mühacirət parlamentinin yaradılmasını vacib sayır. “Amma bundan öncə müzakirələr keçirilməlidir, məsləhətləşmələr aparılmalıdır. Dialoq, müzakirələr olmadan gizlincə 9 nəfəri çağırıb parlamnet elan etmək qəbuledilməzdir”, o qeyd edib.

Öz nöbəsində Azərbaycan Milli Məclisinin deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə Amerikanın Səsinə Əjdər Tağızadənin dediklərini təkzib edib. “”Mən hər hansı parlament yaratmaq təşəbbüsündə olmamışam. Parlamenti yaradanların adları, təşkilatları və özləri məlumdur”, o qeyd edib.

Eyni zamanda Ağazadə Əjdər Tağızadəni adamlara qarşı seçdiyi ifadələrdə və rəylərdə diqqətli olmağa çağırıb.
XS
SM
MD
LG