Accessibility links

Əkbər Mühaciri Təbriz İnqilab Məhkəməsində mühakimə edilib


Türk fəal Əkbər Mühacirinin Qarabağ müharibəsi zamanı İran Azərbaycanında keçirilən aksiyalar ilə əlaqədar məhkəmə iclası dekabrın 30-da Təbriz İnqilab Məhkəməsində keçirilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbriz İnqilab Məhkəməsi 1-ci şöbəsinin hakimi Rəhim Həmlbər milli fəalı “İranın milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” ittihamı ilə mühakimə edib. Hakim Həmlbər Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan rəsmilər arasında olub.

Oktyabr ayının 18-də Təbrizdə çoxsaylı insanın iştirakı ilə keçirilən Qarabağa dəstək aksiyasında “Qarabağ bizimdir, bizim olacaq” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilmişdi. İştirakçılar həmçinin İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb etmişdilər.

İranın kəşfiyyat qüvvələri Əkbər Mühaciri mitinqdən bir gün əvvəl Təbrizdəki evində nəzarət altına alınıb təqribən 2 həftə sorğu-sualdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Mühaciri 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı da nəzarət altına alınmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG