Accessibility links

ABŞ səfirliyi Yer Gününü qeyd edib [Video]


Səfirlik əməkdaşları və ABŞ-da təhsil alan məzunlar Xəzərin sahilində təmizlik işləri görüb

“Aprel ayında Yer Günü qeyd olunur və bu ayda planetə qayğı ilə yanaşmaq və ətraf mühitə görə öz məsuliyyətimizi dərk etmək üçün mükkəməl bir zamandır. Məhz bu gündə biz təbiət və ətraf mühitə qayğımızı nümayiş etdiririk”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində məlumat yayıb.

ABŞ səfirliyi Yer Gününü qeyd edir
please wait

No media source currently available

0:00 0:01:23 0:00

Səfrilik bildirir ki, Yer Gününü qeyd etmək üçün ABŞ dövləti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının məzunları və səfirliyin icma üzvləri Abşeron yarımadasındakı çimərliklərin təmizlənməsi işində iştirak edib.

“Biz hamılıqla ətraf mühiti qorumalıyıq və müsbət dəyişiklik etməliyik. Zibili mütləq zibil qutusuna atın və yerdə gördüyünüz tullantıları yerdən götürün”, səfrilik vətəndaşlara müraciət edib.

XS
SM
MD
LG