Accessibility links

Açıq havada uzun müddət qalmaq məsləhət deyil

İyulun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 24-27, günün birinci yarısında 39-41, ikinci yarısında 34-37, Bakıda gecə 25-27, günün birinci yarısında 41, ikinci yarısında isə 34-36 dərəcə isti olacaq.

Anomal isti hava şəraiti ilə bağlı saat 11:00-dan 17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəçəyi gözlənir. Lakin axşam Böyük Qafqazın bəzi dağlıq yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə 22-27, gündüz 37-42, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti təxmin edilir.

Nazirlik bildirir ki, iyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Bu da əksər əhaliyə əlverişsiz, meteohəssas insanlardan ötrü isə risklidir. Açıq havada uzun müddət qalmaq məsləhət deyil.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG