Accessibility links

Qum adasında balıqlar kütləvi şəkildə məhv olub [Video]


Balıqların kütləvi qırılması
Balıqların kütləvi qırılması

Ekologiya Nazirliyi bunun səbəbinin oksigen çatışmamazlığı olduğunu bildirir

Xəzər dənizindəki Qum adasında balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edir ki, iyulun 4-5-də Qum adasının 3-4 km olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub. Hadisənin səbəblərini araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.

Baxış zamanı müəyyən edilib ki, tələf olan balıqlar sivriburun kefalın körpələridir. Balıq və su nümunələri üzərində analizlər zamanı balıq nümunələrində infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Su nümunələrinin analizi zamanı müəyyən edilib ki, balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5-4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalıb. Balıqlar orqanizmləri bu dəyişikliklərə uyğunlaşmadığından kütləvi tələf olub.

XS
SM
MD
LG