Accessibility links

“Xəzər Günü”ndə dənizin sahil zonası tullantılardan təmizlənir


Xəzərin sahili tullantılardan təmizlənir
Xəzərin sahili tullantılardan təmizlənir

“Xəzər Günü” ilə əlaqədar Abşeron yarımadasında Buzovna çimərliyi ərazisində 11 hektar, Xaçmazda (Bakıdan 170 kilometr şimal) Xəzər dənizi sahili boyunca 20 kilometr məsafədə ərazi tullantılardan təmizlənib.

2006-cı il avqustun 12-də Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust tarixi “Xəzər günü” kimi qeyd olunur. Bu gün ölkədə Xəzərin sahilinin tullantılardan təmizlənməsi aksiyaları keçirilir.

Bu il avqustun 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib. İməcilikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak edib.

Xəzərin sahili tullantılardan təmizlənir
Xəzərin sahili tullantılardan təmizlənir

İməcilik zamanı beş hektar ərazi tullantılardan təmizlənib, 10 kubmetr tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Xaçmaz rayonunda isə Xəzər dənizi sahili boyunca 20 kilometr məsafə tullantılardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nabran turizm zonasında keçirilən iməcilikdə nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin, Samur-Yalama Milli Parkının, yerli icra strukturlarının, ərazidəki turizm obyektlərinin əməkdaşları və könüllülər iştirak edib.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

XS
SM
MD
LG