Accessibility links

Əkrəm Əylislinin Amerikanın Səsinə video müsahibəsi [Video]


Yazlçl Əkrəm Əylislinin Amerikanın Səsinə video müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:42 0:00

"Ermənilərə mesaj göndərmişəm ki, zaman hələ bizi tamam ayırmayıb, gəlin bir yerdə yaşamağa birlikdə baxaq. Romanın məğzi, qayğısı, daxili yükü, enerjisi bundan ibarətdir"

Yazıçı Əkrəm Əylisli Amerikanın Səsinə video müsahibəsində “Daş yuxular” romanı, evinin qarşısında keçirilən etiraz aksiyası barədə danışıb.

Sual: Sizin evinizin qarşısında etiraz aksiyası keçiriblər. Bunu necə qiymətləndirirsiniz? O vaxt harada idiniz?

Cavab: O vaxt evdə idi. Baxdım gördüm ittihamlar irəli sürürlər. Amma mənə elə
Onlar heç gizlətmiridlər də, açıq-aşkar da görünürdü ki, bu təşkil olunub.

gəldi ki, təşkil olunmuş bir şey idi. Onlar heç gizlətmiridlər də, açıq-aşkar da görünürdü ki, bu təşkil olunub.

Sual: Bu Sizin “Daş yuxular” romanınızdan sonra baş verib. Səbəbi nədir?

Cavab: Səbəbi odur ki, romanı roman kimi oxumağı hələ bacarmırıq. Bədii ədəbiyyata siyasi ittihamlar irəli sürürük. Bədii ədəbiyyatdan siyasi təmənnalar güdürük. Yəni bədii ədəbiyyat bədii ədəbiyyatdır. Bunu bədii ədəbiyyat kimi qəbul etmək lazımdır. Onda kriminal axtarmaq heç bir mədəni xalqa yaraşmaz.

Bədii ədəbiyyatdan siyasi təmənnalar güdürük.

Sual: Ailənizə qarşı təhdidlər, təhlükələr varmı? Əgər təhlükələr olarsa kimi günahkar görürsünüz?

Cavab: Ailəmə və mənə qarşı hər hansı zorakılıq olarsa, mən bunu yalnız hakimiyyətdən görürüəm.

Sual: “Daş yuxular” romanı nədən bəhs edir?

Cavab: Romanın mövzusu doğrudan da bu gün üçün bir az ağır mövzudur. Amma
Zorakılıq olarsa, mən bunu yalnız hakimiyyətdən görürüəm.

romanın məqsədi odur ki, yəni mən niyyətini qoymuşam ki, biz bu Dağlıq Qarabağ münaqişəsini çox uzatdıq. Mənim niyyətimdə duran budur ki, ermənilərə, yəni əsasən bizim Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə mesaj göndərmək istəmişəm ki, Azərbaycan xalqı öz səhvlərini də görür, öz eləmədiyi işləri məcbur olub görübsə onları da görür. Zaman hələ bizi tamam ayırmayıb, gəlin bir yerdə yaşamağa birlikdə baxaq. Romanın məğzi, qayğısı, daxili yükü, enerjisi bundan ibarətdir.

Biz bu Dağlıq Qarabağ münaqişəsini çox uzatdıq.

Sual: Siz Ziyalılar Forumunun aparıcı xadimlərindən buirisiniz. Sizə qarşı bu ittihamlar forumdakı kəskin çıxışlarınızla bağlı deyilmi? Buna münasibətiniz necədir?

Cavab: Bilirsiniz, ola bilər ki, onun da buna aidiyyatı olsun. Məslə burasındandır ki, açıq bilinir ki, kiminsə əlinə açıq fürsət düşüb. Ola bilsin ki, bunu Ziyalılar Forumuna da qarşı çevirsinlər. Amma məsələ burasındadır ki, Ziyalılar Forumunda tam sərbəst insanlar toplaşıb. Onların heç biri digərini fikrindən döndərə bilməz. Onların heç biri digərini fakir ifadə etməyə məcbur edə bilməz.
XS
SM
MD
LG