Accessibility links

Əkrəm Əylisliyə qarşı cinayət işi daha ağır ittihama tövsif edilib


Aprelin 21-də yazıçı Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə (xuliqanlıq) qaldırılmış cinayət işi Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, başqa cəza növü yoxdur. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkil həmçinin cinayət işinin Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsindən alınaraq Bakı şəhər Prokurorluğuna göndərildiyini bildirir.

Yazıçı bu il martın 30-da beynəlxalq konfransa yola düşərkən Bakı Hava limanında ictimai qaydanı pozmaq ittihamı ilə saxlanılıb. Yazıçıya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əkrəm Əylisli Bakı Hava limanında ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.

Əylisi istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.

Yazıçıya qarşı ittihamın daha sərt ittihama tövsif edilməsi onun dövlət başçısına aprelin 19-da etdiyi müraciətdən sonraya təsadüf edir.

Əylisli bundan əvvəlki çağırışda Milli Məclisin deputatı olub. Onun ermənilərə qarşı Azərbaycandakı hərəkətlərə həsr edilmiş “Daş yuxular” əsəri hökumət və bir çox ictimai qurumlar tərəfindən ciddi tənqidlərə məruz qalıb. Yazıçının dövlət təltifləri alınıb. Onun evinin qarşısında dəfələrlə “Daş yuxular” əsərinin reallığı əks etdirməməsi çağırışı ilə etiraz aksiyaları keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG