Accessibility links

Əkrəm Əylislinin “Daş yuxular”ı parlamenti silkələyib


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli

Deputatlar yazıçını xəyanətdə, düşmənçilikdə, ermənipərəstlikdə günahlandırıb. Əkrəm Əylislinin əsərlərinin Azərbaycanda dərci qadağan edilsin bəyanatları səslənib

Milli Məclisin yaz sessyasının ilk plenar iclasında yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı kəskin tənqidlərlə qarşılanıb. Çoxsaylı deputatlar yazıçını xəyanətdə, düşmənçilikdə və ermənipərəstlikdə günahlandırıb.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov Ə.Əylislinin “xalq yazıçısı” adından və dövlət mükafatlarından məhrum edilməsini təklif edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Ə.Əylislinin vətəndaşlıqdan məhrum edilməsini təklif edib: “Qoy, getsin Yerevana, hansısa kilsədə xidmət etsin”.
Deputatlar yazıçının əsərlərinin Azərbaycanda dərcini qadağan etməyə çağırıblar.

Ə.Əylisliyə hücumda Qənirə Paşayeva, Zahid Oruc, Musa Qasımov da iştirak ediblər.
Vitse-spiker Bahar Muradova Ə.Əylislinin hərəkətini “satqınlıq” adlandırıb.

Spiker Oqtay Əsədov çıxışlara yekun vuraraq Ə.Əylıslini qəhrəmanlaşdırmamağa çağırıb. Sonra spiker “Əylislini dəstəkləyənlərin mənşəyində şübhəli məqamların” olduğunu söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG