Accessibility links

Ekspert: Azərbaycan nə Şimali Koreyadır, nə də İran, Avropa ilə də müqayisə etmək olmaz


Xalid Ağaliyev
Xalid Ağaliyev

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəlıyevin Amerikanın Səsinə müsahibəsi

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəlıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda informasiya azadlığı ilə bağlı problemlərdən danışıb.

Amerikanın Səsi: 17 May Ümumdünya İnformasiya Azadlığı günüdür. Azərbaycanda bu sahədə qaunuvericilik və real durum necədir?

Son on ildə bu qanuna çox ciddi dəyişikliklər edilib. Qanunun keyfiyyəti xeyli dərəcədə aşağı düşüb.

Xalid Ağəliyev: Azərbaycanda informasiyalara çatım və informasiya azadlığının durumu ilə bağlı qanunvericiliyin durumu və real vəziyyəti araşdırdıqda çox ciddi fərqlər var. Mövcud olan qanunvericiliyi hardasa qənaətbəxş hesab etmək olar. Amma, tutalım 10 il bundan öncə, 2005-ci ildə qəbul edilmiş əsas qanun, “İnformasiya əldə edilməsi haqqında” qanun daha yüksək səviyyəli idi və bunu bütün beynəlxalq qurumlar da etiraf edirdilər. Deyirdilər ki, Azərbaycanın informasiya əldə etmək haqqında qanun başqa ölkələr üçün də nümunə ola bilər. Amma son on ildə bu qanuna çox ciddi dəyişikliklər edilib. Qanunun keyfiyyəti xeyli dərəcədə aşağı düşüb. Qanunun işləməsi durumuna gəldikdə, həm qanun, həm də, bu qanunu tənzimləyən digər qanunvericilik aktlarının işləməsində çox ciddi problemlər var. Bütün bunların nəticələrini ümumiləşdirib deyə bilərik ki, durum o qədər də yaxşı deyil.

Amerikanın Səsi: İnsanların dövlət informasiya resurslarına əl çatımlılığı Avropa standartlarına cavab verirmi?

Xalid Ağəliyev: Ümumiyyətlə Azərbaycan bu sahəni Avropa standartları ilə müqayisədə götürdükdə xeyli geridədi. Məsələn, Azərbaycan nə Şimali Koreyadır, nə də İrandakı kimidir. Bizdə daha yüksək informasiya azadlığı durumu var. Amma, biz, Avropa standartları ilə də özümüzü müqayisə edə bilmərik. Çünki informasiya azadlığı durumu Avropa standartları ilə müqayisədə çox geridədir.

Ekspert: Azərbaycan nə Şimali Koreyadır, nə də İran, Avropa ilə də müqayisə etmək olmaz
please wait

No media source currently available

0:00 0:04:40 0:00

Amerikanın Səsi: Dövlət qurumları informasiya azadlığını ehtiva edən qanunvericiliyə və qaydalara əməl edirmi?

30 dövlət qurumunun, nazirliyin saytını araşdırmışam, yalnız ikisi, hesablama palatsı və rabitə nazirliyi maliyyə hesabatını sayta daxil edib.

Xalid Ağəliyev: Biz, bu məsələni əvvəlki illərlə müqayisə etsək, durum getdikcə pisləşir. Dövlət qurumlarının üzərinə konkret olaraq vəzifələr qoyulub ki, bu informasiyaları öz saytına yerləşdirməlisən. İnformasiyanın bərabər çatımlılığını təmin etməlisən. Bu sahədə ciddi problemlər var. Birini demək istəyirəm. Ötən ilin noyabrında Nazirlər Kabineti bir qərar qəbul etdi. Bu qərarda açıq şəkildə göstərilib ki, hər il aprelin 30-na kimi dövlət qurumları öz maliyyə hesabatlarını öz saytlarına qoymalıdırlar. Məsələn, mən bu yaxınlarda 30 dövlət qurumunun, nazirliyin saytını araşdırmışam, yalnız ikisi, hesablama palatsı və rabitə nazirliyi maliyyə hesabatını sayta daxil edib. Yəni, bu 30 qurumdan yalnız 2-nin qanunvericiliyin tələbinə necə əməl etməsi ümumi mənzərəni açıq şəkildə ortaya qoyur.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Xalid Ağəliyev: İlk növbədə qanunlar işləməlidir. Qanunların işləməsində həm dövlət qurumları, ictimai informasiyaları açıqlamq vəzifəsi daşıyan qurumlar məsuliyyətli olmalı, eyni zamanda vətəndaş cəmiyyəti qurumları bu sahədə çalışmalıdır. Amma, təəssüf ki, vətəndaş cəmiyyətlərinin bu sahədə çalışması üçün gərəkli şərait hazırda yoxdur. Mən qısaca qeyd etmək istəyirəm ki, informasiya əldə edilməsi haqqında qanun qəbul olunandan sonrakı 10 il ərzində, mən, şəxsən özüm, dövlət qurumlarının necə əməl etməsini, informasiya əldə etməsi haqqında qanuna necə əməl edilməsi haqqında monitorinq aparmışam. Əvvəllər dövlət qurumları ilə bərabır işləyirdik, qarşılıqlı əməkdaşlıq şəraitində. Hər il açıqlıq səviyyəsi artırdı. Bu vətəndaş cəmiyyətinin təsiri idi. İndi təəssüf ki, o səviyyədə işləmək imkanları yoxdur. Hesab edirəm ki, dövlət qurumları vətəndaş cəmiyyəti qurumları ilə birlikdə bu sahədəki problmləri daha rahatlıqla aradan qaldıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG