Accessibility links

Ekspert: Azərbaycanda rəqəmsal iqtisadiyyat sahəsində ciddi problemlər var


Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Bu barədə prezident İlham Əliyev fərman imzalyıb.

Sənəddə deyilir ki, mərkəz qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə ilə yaradılır.

Yeni qurum bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışları, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.

Osman Gündüz
Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə müsahibəsində bildirib ki, Dördüncü Sənaye İnqilabı bir transformasiyadır.

please wait

No media source currently available

0:00 0:08:05 0:00

“Bu inqilab birdən-birə baş verən proses deyil ki, bir fərmanla, sərancamla, qərarla olsun. Bizim dövlət başçısı Dördüncü Sənaye İnqilabı ilə bağlı Davos Forumunda iştirak edəndə orada sənəd imzalandı ki, bunun Azərbaycanda bir regional mərkəzi yaradılsın. Biz bu mərkəzi yaradırıq ki, Dörüdüncü Sənaye İnqilabı sahəsində gedən proseslərdən geridə qalmayaq. Ölkənin qanunvericiliyini, hüquqi bazanı, idaəretməni buna uyğunlaşdıra bilək. Bu daha çox bizim siyasi rəhbərlik tərəfindən irəli sürülən bir təşəbbüsdür,” o qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatla bağlı bəzi addımlar atılıb.

“Həm biznes sektorunda, həm dövlət sektorunda, həm də innovasiyalar sahəsində addımlar atılıb. Məsələn, iki il bunda öncə innovasiyaların inkişafı ilə bağlı prezident fərman imzalayıb. Əvvəllər innovasiyalar sahəsi bir nazirliyin, Nəqliyyat, Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində idi. Amma prezidentin fərmanından sonra bütün dövlət qurumlarından innovasiyalarla bağlı gördükləri işlər barədə hesabat tələb olunmağa başlanıldı. Bununla da bu sahədə monopoliya aradan qaldırıldı.”

Rəqəmsal iqtisadiyyat bazarında dövlət şirkətlərinin hegemonluğu rəqabətliliyin qarşısını alır. Osman Gündüz, ekspert

Osman Gündüz hesab edir ki, rəqəmsal iqtisadiyyat sahəsində çoxsaylı görüləcək işlər var.

“Bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Xüsusən də, bu, hüquqi məsələlərlə bağlıdır. Mənim üçün anlaşılmayandır ki, niyə uzun müddətdir ki, vençur maliyyələşmə (innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaiti-red), vençur fondlarla bağlı qanun qəbul edilmir. Bu, hədsiz dərəcədə vacib məsələlərdən biridir. Bəli, bir var dövlət maliyyələşməsi, amma bu qəbul edilən deyil. Dünya təcrübəsi budur ki, burada vençur maliyyələşmə olur. Müxtəlif adamlar, qurumlar yığılırlar ortaya müəyyən maliyyə vəsaitləri qoyurlar, fondlar yaradırlar. Bu da vençur fondlarıdır. Qanunvericiliyin olması risklərin sığortalanması baxımından da əhəmiyyətlidir. Yəni rəqəmsal sahibkarlıq, startaplar, innovasiyalar riskli bir sahədir. Bu riskləri kim sığortalayacaq? Bunun üçün qanunvericilik olmalıdır. Buda ortada yoxdur,” o qeyd edib.

O deyib ki, uzun müddətdir Azərbaycanda İnvestisiya Fondlarının yaradılması ilə bağlı da konkret addım yoxdur. Gündüz hesab edir ki, startaplara dövlət yardımı üçün addımlar atılmalıdır.

“Məsələn, startap şəhadətnaməsi deyilən bir məsələ var. İki il bundan qabaq təşəbbüs irəli sürülüb. Hələ də onun bir hüquqi təminatı yoxdur.”

Ekspert daha bir nümunə göstərib.

“Hər il Azərbaycanda Bankçılıq Forumu keçirilir. Hər il bu forumda bir qanundan, “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanundan söhbət gedir. Bu qanunu yaradıb qurtara bilmirlər. Burada da bir inhisarçılıq var. Yəni, bir internet mağaza yaradıbsansa çox sadə yolla, bir düyməni basmaqla banka qoşulub ödəniş sistemini yaratmalısan. Bununla bağlı da ciddi problem var.”

Star-Up
Star-Up

Onun dediyinə görə, yuxarıda sadaladıqları rəqəmsal sənaye üçün bazisdir. Bunlar olmadan rəqmsal sahibkarlığı inkişaf etrdirmək mümkün deyil.

İnternet Forumunun prezidenti hesab edir ki, rəqəmsal iqtisadiyyatda rəqabət mühitində də ciddi problemlər mövcuddur.

“Bu sahədə dövlətin xüsusi çəkisi kifayət qədər yüksəkdir. İnternet xidmətləri və başqa sahələrdə həm dövlət, həm də özəl şirkətlər var.”

“Bazarda dövlət şirkətlərinin hegemonluğu rəqabətliliyin qarşısını alır. Amma bu günlərdə dövlət müəssisələrinin özəlləşdirilməsini nəzərdə tutan Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Bu rəqabətliliyin artırılmasında mühüm addımdır,” ekspert qeyd edib.

XS
SM
MD
LG