Accessibility links

Ekspert: “Minimum əməkhaqqının artırılması qarşıya qoyulan hədəflərdən biridir”


Manat
Manat

Prezident minimum əməkhaqqının 50 manat artırılması barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Hazırda ölkədə minimum əməkhaqqı 130 manatdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu çox yaxşı sərəncamdır.

Rəşad Həsənov: “Minimum əmək haqqının artırılması qarşıya qoyulan hədəflərdən biridir”
please wait

No media source currently available

0:00 0:06:36 0:00

“Həm inkişaf proqramlarında, həm də yol xəritələrində qarşıya qoyulan hədəflərdən biri yaşayış minimumu ilə minimum əməkhaqqının eyniləşdirilməsidir. Çünki 2019-cu il üçün yaşayış minimumu 183 manat müəyyənləşdirilib. Buna qarşılıq olaraq minimum əməkhaqqının 130 manat olması düzgün deyildi,” ekspert qeyd edib.

Rəşad Həsənov
Rəşad Həsənov

Onun sözlərinə görə, hökumətin digər hədəfi minumu əməkhaqqını orta əməkhaqqının 60 faizi səviyyəsinə çatdırmaqdır.

“İndiki halda minimum əməkhaqqının 180 manata qaldırılması gələcəkdə bu məbləğin artırılmasına təkan verəcək. Bu həm də işçilərin daha aşağı əməkhaqqı ilə rəsmiləşdirilməsinə imkan verməyəcək. Düzdür, indi əksər yerlərdə əməkhaqları minimum əməkhaqqından yüksəkdir.”

İndi adambaşına 168 manat aylıq gəliri olanlar yoxsulluq həddində olan insanlar hesab olunur.
Rəşad Hsəsnov, ekspert

Onun firkincə, bu göstərici həm də gələcəkdə yoxsulluğun qiymətləndirilməsi üçün bir indeks rolunu oynaya bilər.

“İndi adambaşına 168 manat aylıq gəliri olanlar yoxsulluq həddində olan insanlar hesab olunur. Ola bilsin ki, bu rəqəm də artırılsın və reallıqda yoxsulluğun qiymətləndirilməsi üçün daha real baza formalaşsın.”

Həsənovun dediyinə görə, bir sıra işlərdə, əsasən də dövlət müəssisələrində yarım ştat adı ilə işə götürülənlərə çox aşağı əməkhaqqı təklif olunurdu.

“İndi əsas formalaşır ki, 180 manatdan aşağı əməkhaqqı ola bilməz.”

Bazarda qiymətlər
Bazarda qiymətlər

Ekspertin firkincə, minimum əməkhaqqının artırılmasının mənfi nəticələri də olacaq.

“Çünki qanunvericilikdə müəyyən bəndlərdə sanksiyalar, cərimələr minimum əməkhaqqının nisbətində götürülüb. Düzdür, son illər bu bəndlərdə dəyişikliklər edilib, bir sıra hallarda asılılıq aradan qaldırlıb. Amma, 'Cinayət Məcəlləsində', 'İnzibati Xətalar Məcəlləsi'ndə bir sıra maddələr qalır ki, bu da sanksiyaların, cərimələrin həcmində əhəmiyyətli artımın baş verəcəyini göstərir.”

O bildirib ki, ölkədə minimum əməkhaqqı alanlarla bağlı statistika aparılmır.

'Cinayət Məcəlləsi'ndə, 'İnzibati Xətalar Məcəlləsi'ndə bir sıra maddələr qalır ki, bu da sanksiyaların, cərimələrin həcmində əhəmiyyətli artımın baş verəcəyini göstərir.
Rəşad Həsənov, ekspert

“Amma 2017-ci ilin rəsmi statistikasına görə ölkə üzrə əhalinin 9,2 faizinin gəlirləri 160 manatdan, 14,5 faizinin gəlirləri isə 180 manatdan aşağı olub.”

Ekspertin dediyinə görə 2019-cu ilin dövlət büdcəsində dövlət sektorunda çalışanların əməkhaqlarının ödənişi üçün nəzərdə tutulan vəsait artırılıb.

“Hesabalama Palatasının hesabatında da göstərilib ki, bu artırılan vəsait dövlət təşkilatlarında çalışanların əməkhaqqının 10 faiz artırılması üçün yetərlidir. Həm də belə qərarlar qəbul olunarkən maliyyə mənbəyi olaraq dövlət büdcəsinin ehtiyat fondu götürülür.”

Ekspert hesab edir ki, minimum əməkhaqqının 50 manat qaldırılması inflyasiyaya o qədər də təsir etməyəcək.

Vergi
Vergi

“Çünki əhalinin çox az hissəsi minimum əməkhaqqı ilə çalışır. Bir də nəzərə alsaq ki, son illər əhalinin gəlirlərində real ifadədə dəyərsizləşmə gedir. Ona görə bu artımlar 2019-cu il üçün ciddi inflyasiya təzyiqləri formalaşdırmayacaq. 2017-ci ildə əhalinin gəlirlərində 7 faiz dəyərsizləşmə getmişdi, 12.9 faiz inflyasiya olmuşdu. Orta aylıq əməkhaqqının artım tempi 5,7 faiz olmuşdu. Sadəcə 2018-ci ildə bu fərq 0,5 faiz əhalinin xeyrinə dəyişib”.

Həsənov həmçinin inflyasiyanın səviyyəsinin qiymətləndirmə ilə bağlı olacağını ehtimal edir.

Leqallaşma qiymətləri o qədər artıracaq ki, minimum əməkhaqqına artırılan 50 manat faktiki zəruri ehtiyacların ödənilməsinə kifayət etməyəcək.
Rəşad Həsənov, ekspert

“Çünki indi rəsmi inflyasiya səviyyəsi reallığı əks etdirmir. Əhalinin alıcılıq gücü də 3 il bundan öncəki ilə müqayisədə çox azalıb. Burada da minimum əməkhaqqının artması dövriyyəyə külli miqdarda vəsaitin daxil olması anlamına gəlmir.”

Ekspert deyib ki, qiyməti artıran bir sıra başqa faktorlar mövcuddur.

“Bu faktorlar 'Vergi Məcəlləsi'nə edilən dəyişiklik və bu sektorda inzibatçılığın təkmilləşdirilməsi nəticəsində leqallaşma ilə bağlıdır. Leqallaşma qiymətləri o qədər artıracaq ki, bu, minimum əməkhaqqına artırılan 50 manat faktiki zəruri ehtiyacların ödənilməsinə kifayət etməyəcək,” Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG