Accessibility links

Ekspert: “Qazanc dolanışığa çatmır, dəbdəbəli həyat üçün mal idxalında sıçrayış baş verir”


İnflyasiya və əmək haqqının artımını müqayisə etsək, azərbaycanlıların ödəniş qabiliyyəti azalır, amma idxal olunan qızıl, qiymətli metallar və zərgərlik məmulatlarına tələbat kəskin artıb. Dövlət Gömrük Komitəsinin hesabatını nəzərdən keçirəndə bu nəticəyə gəlmək mümkündür.

Bu barədə Turan Agentliyinin araşdırmasında bildirlir.

Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ilin 9 ayı ərzində "Mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar" adlanan əmtəə qrupu üzrə idxalın qiyməti 23.3 milyon dollar, 2017-ci ilin 9 ayında 25.5 milyon, 2018-ci ilin eyni dövründə isə gözlənilmədən 20 dəfə artaraq 477 milyon dollar olub. Nəticədə 2017-ci ildə bu malların idxalda payı yalnız 0,4% təşkil edibsə, bu il 5,2%-ə çatıb.

"Dünya tarixi, yəqin ki, idxalda belə sıçrayışlı inkişaf görməyib
Rövşən Ağayev

"Dünya tarixi, yəqin ki, idxalda belə sıçrayışlı inkişaf görməyib" - deyə, bu mal qrupunun idxalını araşdıran iqtisadçı Rövşən Ağayev bildirir.

Onun fikrincə, ölkədə əhalinin böyük bir hissəsinin qazancı gündəlik mallar səbətinə yetmədiyi bir şəraitdə dəbdəbəli həyat üçün mal idxalında belə bir sıçrayış iki səbəbdən ola bilər: əvvəlki illərdə gömrük orqanları zərgərlik idxalını gizlədirdi və bu il onlar real hesabat verməlidir və ya ölkədən pul çıxışına sərt məhdudiyyətlər qoyulması və lazımi adamların kapitalının elə hakiimiyyətin özü tərəfindən izləməyə götürülməsi səbəbindən zənginlərin "qara kapitalı" zinət əşyalarına çevirməkdən başqa sərfəli alternativi qalmayıb.

Bununla yanaşı, Azərbaycandan qızıl ixracı kəskin artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin birinci rübündə qızıl ixracı 2,48 dəfə artıb. "AzerGold" qızıl ixracının artımını 2017-ci ildən etibarən bu qiymətli metalın ixracına başlanması ilə izah edir. 2017-ci ilin yekununda nominal ifadədə qızıl ixracının 61,6%-i, qeyri-neft ixracının isə 5%-i "AzərQold"-un payına düşüb.

Qızıl
Qızıl

Mütləq rəqəmlərlə göstərsək, 2017-ci ildə Azərbaycan dünya bazarlarına 139,3 milyon dollar dəyərində 3 361 kiloqram qızıl ixrac edib. 2016-cı ildə Azərbaycandan qızıl ixracı 76,8 milyon dollar məbləğində 1 909 kiloqramtəşkil edib. 2017-ci ildə qızıl ixracı kəmiyyət ifadəsində 76%, qiymət ifadəsində isə 1,8 dəfə artıb" - deyə, hökumət bildirib.

2017-ci ildə Azərbaycan dünya bazarlarına 139,3 milyon dollar dəyərində 3 361 kiloqram qızıl ixrac edib

Qızılın, qiymətli metalların və onlardan məmulatların idxal və ixracı, eləcə də ölkənin xarici valyuta alması və bu qrupun malların idxalı üçün çıxarılması arasında əhəmiyyətli bir disbalans yaranıb. 2018-ci ilin yanvar-sentyabr aylarında qiymətli metallar və onların məmulatlarının idxalı 477 milyon dollar dəyərində olub. Eyni zamanda, 2018-ci ilin eyni dövründə 93 milyon dollar dəyərində xam qızıl Azərbaycandan ixrac edilib.

2017-ci ildə Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlər (3,360.59 kiloqram) 139,3 milyon dollar təşkil edib. İdxal ixracdan 3,4 dəfə çoxdur, müvafiq olaraq, "Azergold" və "Azerbaijan International Mining Company" Azərbaycandan qızıl, digər qiymətli metallar və zərgərlik məmulatlarının idxalı üçün çıxarılan valyutanın üçdə birinin yerini doldurur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG