Accessibility links

Ekspert: Türkiyənin xarici ticarətində ilk 20 yerdə türk dövlətləri yoxdur


Türk Şurası dövlətlərinin xarici işlər nazirləri

Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclası olub

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan xarici işlər nazirləri, Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini iştirak edib.

Üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələri diqqət mərkəzində olub

Nazirlər Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.

Xarici işlər nazirləri üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya müzakirə edilib.

Türk Şurası haqqında qısa məlumat

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Macarıstan müşahidəçi üzv statusuna malikdir. 2019-cu ilin sentyabrında Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq barədə qərar qəbul edib.

Cavid Vəliyev
Cavid Vəliyev

Cavid Vəliyev: Türk Şurası inkişafdadır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Xarici Siyasət şöbəsinin müdiri Cavid Vəliyev Amerikanın Səsinə müsahibəsində Türk Şurasına üzv dövlətlər arasında siyasi, iqtisadi, ticarət və turizmi əlaqələrinin dinamikasından danışıb.

Amerikanın Səsi: Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin toplantısı keçirilib. Hazırda tükdilli dövlətlər arasında siyasi əlaqələrin səviyyəsini necə qiymətləndirərdiniz?

1990-cı illərlə müqayisə edəndə bu gün münasibətlər çox yaxşı səviyyədədir. Qarşılıqlı bir dəstək mövcuddur.

Cavid Vəliyev: Türk dövlətləri arasında siyasi münasibətləri iki cəhətdən analiz edə bilərik. İkitərəfli münasibətlər və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində münasibətlər. Məsələn, 1990-cı illərlə müqayisə edəndə bu gün münasibətlər çox yaxşı səviyyədədir. Qarşılıqlı bir dəstək mövcuddur. Bu gün xarici işlər nazirlərinin növbədənkənar iclasında müzakirə olunan məsələlərə baxdığımız zaman görürük ki, 2009-cu illərlə müqayisədə Türk Şurası inkişafdadır. Siyasi münasibətlərin inkişafı baxımından deyə bilərik ki, ötən ilin oktyabrında Azərbaycanda keçirilən Türk Şurasının zirvə görüşündə həm Türkiyənin antiterror əməliiyatına, həm də Dağlıq Qarabağ münaqişəsinə dəstək mesajı verildi. Bu cəhətdən biz, Türk Şurasına üzv olan dövlətlərin başqa regional təşkilatlara üzv olduğunu da görsək, eyni zamanda o təşkilatlarda da bir-birilərini dəstəklədiyini görə bilirik. Məsələn, Qazaxıstan nümunəsində, Avrasiya İqtisadi Təşkilatında və Kollektiv Təhlükəsizlik Təşkilatında Azərbaycanın mövqeyini dəstəklədi. Düşünürəm ki, siyasi münasibətlərin bu səviyyədə olması ikitərəfli münasibətlərə də çox müsbət təsir edir. İkitərəfli siyasi münasibətlər, xüsusən liderlər arasındakı yaxın münasibətlər qarşılıqlı olaraq Tük Şurasının inkişafına yaxşı təsir göstərir.

Cavid Vəliyev: Türk Şurası inkişafdadır
please wait

No media source currently available

0:00 0:04:06 0:00

Amerikanın Səsi: Türk dövlətləri arasında siyasi əlaqələr, o cümlədən parlamentlərarası əlaqələr iqtisadi və ticarət əlaqələrinin inkişafına necə təsir edir?

Nəqliyyat əlaqələri yetərincə inkişaf etmədən ticarət əlaqələri inkişaf etməycək. Bu gün təəssüflər olsun ki, ticarət əlaqələri arzuolunan səviyyədə deyil.

Cavid Vəliyev: Təəssüflər olsun ki, bu gün ticarət əlaqələri arzu olunan səviyyədə deyil. Axırıncı zirvə görüşündə Azərbaycan prezidenti cənab İlham Əliyev bunu özü qeyd etdi və zirvə görüşündən sonra rəhbərlik Azərbaycana keçdi. Cənab prezident Azərbaycanın rəhbərliyi dövründə birinci ticarət əlaqələrinin, ikinci nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirəcəyini dedi. Çünki, nəqliyyat əlaqələri yetərincə inkişaf etmədən ticarət əlaqələri də inkişaf etməycək. Bu gün təəssüflər olsun ki, ticarət əlaqələri arzuolunan səviyyədə deyil. Azərbaycanın xarici ticarətində sadəcə Türkiyə ikinci yerdədir. Türkiyənin xarici ticarətində ilk 20 yerdə türk dövlətləri yoxdur. Mərkəzi Asiya ölkələrinin xarici ticarətində də vəziyyət eynidir. Bu baxımdan düşünürəm ki, əlbəttə, siyasi münasibətlərin inkişaf etməsi, qarşılıqlı etimadın yaranması ticarət münasibətlərinə də müsbət təsir göstərəcək. Amma, ilk olaraq nəqliyyat sahəsinin, xüsusən Xəzər keçidli əlaqələrin inkişaf etdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu ticarət əlaqəlrəinin inkişafına təkan verəcək.

Amerikanın Səsi: Bəs, turizmi əlaqələri necədir? Ölkələr arasında viza rejimi necə nizamlanır?

Hazırda Türliyə ilə Azərbaycan arasında vizasız gediş-gəlişin 90 günədək artırılması barədə müzakirə aparılır.


Cavid Vəliyev: Viza rejimi ləğv olundu. Bildiyiniz kimi, ilk olaraq Türkiyə başladı, Azərbaycan və Mərkəzi Asiya ölkələrinə vizanı ləğv etdi. Ötən ilin sentyabrında isə Azərbaycan Türkiyə vətəndaşlarına vizanı ləğv etdi. Hazırda Türliyə ilə Azərbaycan arasında vizasız gediş-gəlişin 90 günədək artırılması barədə müzakirə aparılır. Bildiyiniz kimi Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından turizmə əhəmiyyət verir. Amma turizmi sadəcə ticari gəlir olaraq düşünmək lazım deyil. Turizmi eyni zamanda türk ölkələrinin mədəniyyətinin bir-birinə tanıtdırılması, inkişaf etdirilməsi və qorunması baxımından da əhəmiyyətlidir. Bildiyim qədər Türk Şurası çərçivəsində bu sahədə bir layihə var. İstanbulda yerləşən katiblik tərəfindən turizmin inkişafı, mədəniyyətlərin qorunması üçün bir layihə işlənib. Həmin layihə davam etdirilir.

XS
SM
MD
LG