Accessibility links

Qazaxıstan: İğtişaşlar davam edir


Qazaxıstan: İğtişaşlar davam edir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Qazaxıstanda iğtitşaşlar gücləndikcə Rusiya Qazaxıstan prezidentinin hərbi yardım çağırışına cavab verib. Müşahidəçilər xəbərdarlıq edir ki, iğtişaşların güclənməsi və Rusiyanın müdaxiləsi regionun gələcəyi barədə daha çox sual yaradır.

Qazaxıstanın şəhərlərinin küçələri od içindədir. Qaz qiymətlərinin artması ilə əlaqədar başlayan etirazlar minlərlə vətəndaşın hökumətə qarşı aksiyalara çıxması ilə sürətlə xalq üsyanına çevrildi. Hərbçilər və polis etirazçılara amansızlıqla cavab verdi.

Təhlilçilər bunu 2020-ci ildə Belarus kimi keçmiş Sovet İttifaqı ölkələrində baş vermiş digər son nümayişlərdən fərqli olaraq müstəsna hadisə adlandırır.

“Qazax xalqı belaruslara bənzəmir, onlar daha enerjili və məqsədyönlüdür, ölkə də müqayisə oluna bilməz. Sadəcə, etirazların bir çox şəhərlərdə keçirildiyini görmək lazımdır”, politoloq Aleksey Malaşenko bildirib.

Belarusda nümayişlər dinc keçdi və etirazçılar Qazaxıstanda olduğu kimi hökumət binalarına basqın etmədi və odlu silahlara əl atmadı.

Lakin hökumətin reaksiyası eyni dərəcədə sürətli oldu.

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev vəziyyətə nəzarəti öz üzərinə götürərək, adını çəkmədiyi kənar qüvvələr tərəfindən dəstəklənən terrorçular kimi qələmə verdiyi etirazçılara qarşı sərt davranacağını bildirib.

“Nəzərə almalıyıq ki, bu terror qrupları əslində beynəlxalq qruplardır. Onlar ciddi təlim keçiblər və Qazaxıstana qarşı bu hücumlar təcavüz aktı kimi qiymətləndirilə bilər və belə qiymətləndirilməlidir”, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev deyib.

Vəziyyət Qazaxıstan təhlükəsizlik qüvvələrinin nəzarətindən çıxdıqda, prezident bir sıra keçmiş Sovet ölkələri arasında mövcud olan “Kollektiv Təhlükəsizlik” müqaviləsinin şərtləri çərçivəsində Rusiyanın hərbi müdaxiləsi barədə müraciət edib.

Müşahidəçilərin fikrincə, bu, artıq Ermənistanda, Ukrayna sərhədində və Suriyada qüvvələr yerləşdirmiş Kreml üçün yeni cəbhə açır.

Böhran həm də Rusiyanın regionda gələcək strategiyası ilə bağlı yeni suallar doğurur.

“Qazaxıstan həmişə Rusiyanın regionda əməkdaşlığının sütunu olub və indi belə görünür ki, hər şey mümkündür”, politoloq Aleksey Malaşenko bildirib.

Bu həm Qazaxıstan, həm də Rusiya üçün yeni ssenaridir və təhlilçilərin xəbərdarlıq etdiyi kimi, buraya regionda sabitliyin daha da pozulması təhlükəsi daxildir.

XS
SM
MD
LG