Accessibility links

Ekspertlər İran-ABŞ arasında gəginliyin dərinləşəcəyindən narahatdır


ABŞ-la İran arasında gərginliklər prezident Donald Trampın İran İslam İnqilab Qvardiyasını terrorçular siyahısına salması ilə daha da dərinləşib. Bu, bəzi ekspertlərin fikridir.

Bununla ilk dəfədir ki, Vaşinqton xarici ölkənin hərbi qüvvələrini rəsmən terror qrupu olaraq tanıyıb.

İran tərəfi qarşıdurmanın ciddiliyini anlayır.
Huşəng Əmirəhmədi, Rutgers Universiteti

ABŞ prezidenti bildirib ki, qrupun terrorçu təşkilat kimi tanınması “İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görmək, ya da ona dəstək göstərməyin risklərini aydın edir”. “Əgər siz İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görürsünüzsə, siz terrorizmi maliyyələşdirirsiniz,” Prezident Tramp bildirib.

İnqilab Qvardiyasının terrorçu siyahısına salınması ilə yanaşı, bu həftədən etibarən İranın hərbi elitar qrupuna əlavə sanksiyalar qüvvəyə minib. Bu qərarla Amerikada və Amerika yurisdiksiyası altında olan qurumların qrupa maddi dəstəyi yasaqlanır.

Trampın qərarından sonra İran hökuməti ABŞ-ın Yaxın Şərq və Orta Asiyada hərbi fəaliyyətlərə nəzarət edən Mərkəzi Kommandanlığını (CENTCOM) terrorist kimi tanıyıb.

İnqilab Qvardiyasının baş komandanı Məhəmməd Əli Cəfəri elitar qüvvələrin regionda hələ də ABŞ-dan yüksək olduğunu bildirib.

Məhəmməd Əli Cəfəri
Məhəmməd Əli Cəfəri

"Əgər amerikalılar belə ağılsız addım atırsa, biz də İran islam establişmentinin siyasətinə əsasən qarşılıqlı ölçülər götürəcəyik" - deyə, o, İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü zamanı bildirib

Bəzi ekspertlər hesab edir ki, bu tonda danışıq tərəflərin hərbi münaqişəsinə yol aça bilər.

İran ehtiyatlı davranacaq, yalnız ritorika səviyyəsində cavablar verəcək.
Barbara Slavin, Atlantik Şurası

"Qərar qarşıdurmanı ən yüksək həddə çatdıra bilər. İran tərəfi də bunun ciddiliyi və mümkünlüyünü anlayır. Buna görə də regiondakı silahlı tərəfdaşlarını, o cümlədən İraqda Tehrana loyal PMF qüvvələrini sərhədyanı zonaya yerləşdirməklə, İran hökuməti öz mövqeyini gücləndirməyə çalışır,” deyə Rutgers Universitetinin professoru Huşəng Əmirəhmədi bildirib.

Digər təhlilçilər isə birbaşa qarşıdurma ehtimalını qəbul etmir.

"İran ehtiyatlı davranacaq, yalnız ritorika səviyyəsində cavablar verəcək. İnqilab Qvardiyası hədə ola bilər. Lakin İraq, Suriya və bəlkə də Əfqanıstandakı kimi birbaşa təhdid olmayacaq,” Atlantika Şurasından təhlilçi Barbara Slavin qeyd edib.

Londondan jurnalist Əlirza Nurizadənin dediyinə görə, İnqilab Qvardiyasının terrorçu siyahısına salınmasın birbaqa qarşıdurmaya səbəb olacağından asılı olmayaraq, qrupa terrorçu adı verilməsi Tehranın regionadakı nüfuzuna təsirsiz qalmayacaq. O, İran komandirlərinin sərbəst şəkildə Yaxın Şərqdə gördükləri çirkli işlərə nəzarət məqsədi ilə səyahət edə bilməyəcəklərini də vurğulayıb. Nurizadə qvadiyanın ABŞ-la qarşıdurma qabiliyyətinə malik olmadığını da əlavə edib.

Pasdaran kimi tanınan İnqilab Korpusu 1979-cu ilin aprel ayında, İran İslam İnqilabından sonra təsis edilib. Pasdarana İranın Ali ruhani lideri Ayətullah Xomeyni tərəfindən islam sistemi və inqilab dəyərlərin müdafiəsi mandatı verilib.

Ölkə daxilində İnqilab Korpusu Bəsic Müqavimət Qüvvələrinə də rəhbərlik edir. Bu, dini künüllü qrupu rejimi dəstəkləməklə yanaşı, daxili dissidentlərin susdurumasına xidmət edir.

Qasem Süleymaninin rəhbərlik etdiyi Qüds Qüvvələri Livan və Suriyada böyük təsir gücünə malikdir.

Bu qrup həm də qadınların geyim kodu, habelə qəbsayağı spirtli içkilərlə keçirilən şənliklərə nəzarət edir.

Xaricdə isə korpusun kölgəsi general-mayor Qasem Süleymaninin rəhbərlik etdiyi Qüds Qüvvələridir. Bu qüvvələr Livanın Hizbullah kimi siə qrupuna dəstək verməklə, Yaxın Şərq və digər bölgələrdə nüfuzunu gücləndirib.

Elitar Qüds Qüvvələri 1980-ci il İraq-İran müharibəsi zamanı təsis edilib. Hazırda bu qüvvələrdə 15,000 əsgər xidmət göstərir.

XS
SM
MD
LG