Accessibility links

Ekspertlərin prezidentə cavabı - Tənqid inkişafa xidmət edir


Azərbaycan prezidenti bir sıra ekspertlərin ölkə iqtisadiyyatı ilə bağlı tənqidi mülahizələrini qəbul etmir. Prezident Əliyev Azərbaycanda iqtisadi islahatların tempindən razıdır və ekspertlərin yanaşmalarına inanmır.

Dövlət başçısı Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirəsində deyib ki, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Prezidentin dediyinə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir.

“Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə.

Dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”.
İlham Əliyev, Azərbaycan prezidenti


Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir”, Əliyev qeyd edib.

İqtisadçı ekspertlər prezident İlham Əliyevin onların şərhlərini diqqətə aldığını bildirir. Ekspertlərin fikrincə,tənqid inkişafa təkan verir.

İqtisadçı Natiq Cəfərli prezidentin fikirlərinə münasibət bildirərkən deyib ki, hər gün mediaya minimum 8-10 müsahibə, şərh verir.

“Həftədə 1-2 dəfə müxtəlif internet kanallarda canlı yayıma çıxıram, sosial şəbəkədə günə 1-2 sratus yazıram, deyəsən azdır, bundan sonra daha çox, daha tənqidi çıxışlar etmək lazım olacaq. Görünən odur ki, oxuyurlar, izləyirlər, dinləyirlər, bəzi təkliflərimizi qəbul edirlər, gün gələcək açıq şəkildə razılaşacaqlar da - məqsədimiz həqiqətləri söyləməklə daha gözəl məmləkət qurmaqdır,” ekspert bildirib.

Təvəzökarlıqdan uzaq olsa da, öz sahəsində peşəkar olan dövlət məmurları bizim nə qədər faydalı işlə məşğul olduğumuzu bilir və imkan düşdükcə qiymətləndirirlər
Rövşən Ağayev, iqtisadşı

İqtisadçı Rövşən Ağayev hesab edir ki, Azərbaycanı inkişaf etmiş ilk 50 ölkənin sırasına qatmağın tək yolu fərqli fikirlərin, fərqli səslərin mövcudluğundan, fərqli fikirlərin bir-birinə dözüm göstərməsindən, ölkənin mənafeyi tələb etdikdə hər kəsin bir-birinin əlini sıxmasından keçir.

“Tənqidlər sərtliyindən asılı olmayaraq inkişafa xidmət edir. Tənqidin qadağan olunduğu cəmiyyətdə biz 70 il yaşadıq, indi də yaşayanlar gözümüzün qabağındadır. Hamısının nəticəsi də bizə bəllidir,” ekspert qeyd edib.

Ağayev deyib ki, marağı həmvətənliləri üçün arzuladığı Azərbaycanın qurulmasıdır.

"Bu quruculuqda yanlış olan hər cür siyasəti mədəni dillə hər zaman deyəcəm, doğru bildiyim yolu da biliyim-bacarığım çatan qədər çatdıracam. Təvəzökarlıqdan uzaq olsa da, öz sahəsində peşəkar olan dövlət məmurları bizim nə qədər faydalı işlə məşğul olduğumuzu bilir və imkan düşdükcə qiymətləndirirlər." o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG