Accessibility links

“Ulyukayev liberal iqtisadiyyat tərəfdarıdır” - Ekspertlər nazirin həbsinə münasibət bildirir [Qubad İbadoğlu və Natiq Cəfərli ilə müsahibə]


Aleksey Ulyukayev
Aleksey Ulyukayev

Ekspertlər Azərbaycanda məmurların gəlir bəyannaməsi verməməsini neqativ qarşılayır

Noyabrın 15-nə keçən gecə Rusiyanın İstintaq Komitəsi Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin korrupsiyada şübhəli bilinərək saxlanılması haqqında məlumat yayıb. Nazir iki milyon dollar rüşvət almaqda şübhəli bilinir.

İstintaq Komitəsinin versiyasına görə, bu pulla Ulyukayev "Rosneft"in" "Başneft"in dövlət səhmləri paketini almasına imkan verən müsbət rəy verib.

İstintaqın rəsmi nümayəndəsinin məlumatına görə, Ulyukaev "rüşvət alarkən yaxalanıb."

Rusiya prezidentinin mətbuat katibi Peskov prezident Vladimir Putinə bu əməliyyat haqqında məlumat verildiyini təsdiq edib. O həmçinin bildirib ki, Ulyukayev bir ildən çoxdur izlənilirdi, onun danışıqları və elektron poçtu Federal Təhlükəsizlik Xidmətinin nəzarəti altında idi.

Rusiya iqtisadi inkişaf nazirinin həbsi Azərbaycanda iqtisadi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Çünki, o liberal iqtisadiyyat tərəfdarı idi və sərt maliyyə-kredit siyasətini tənqid edirdi.

Rusiyada nazirin həbsinin Azərbaycana təsirləri ola bilərmi? Nazirin həbsində siyasi çalarlar varmı? Azərbaycanda da belə həbslər mümkündürmü? Ölkədə korrupsiyaya qarşı mübasrizə necə aprılır?

Ekspertlər Qubad İbadoğlu və Natiq Cəfərli Amerikannın Səsinə müsahibəsində bu sullara da cavab verib.

Müsahibələri təqdim edirik:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Rusiya iqtisadi inkişaf nazirinin həbsinin detalları ilə bağlı geniş məlumatlı deyiləm. Belə başa düşdüm ki, korrupsiyada ittiham olunur”. İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müashibəsində bu sözlərlə Rusiya iqtisadi inkişaf nazirinin həbsinə münasibət bildirib.

Qubad Ibadoğlunun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:13 0:00

Nazir səlahiyyətlərindən istifadə edərək bağladığı müqaviləyə görə biznesdən pul götürməkdə ittiham olunur.

“Korrupsiya faktı təsdiq olunarsa statusundan asılı olmayaraq həbs qaçılmazdır”, o qeyd edib.

İbadoğlu eyni zamanda ortalıqda siyasi əsasların və gizli məqamların olduğunu da istisna etmir.

Rusiya kimi ölkədə, nəzərə alsaq ki, demokratiya yoxdur, avtoritar rejim var. Bu baxımdan siyasi hal istisna olunmur.

Qubad İbadoğlu

“Əgər, bu əsaslar varsa nazirin həbsi prezident Putinin opponentlərinə qarşı həyata keirilən bir tədbir kimi qiymətləndirilə bilər. Bu halda nazirin həbsi pislənilməlidir. Çünki, başqa əsas varsa, korrupsiya ilə insanı həbs etmək çox asandır. Rusiya kimi ölkədə, nəzərə alsaq ki, demokratiya yoxdur, avtoritar rejim var. Bu baxımdan bu hal istisna olunmur”, iqtisad elmləri doktoru deyib.

O, Azərbaycanda korrupsiya cinayətlərindən danışarkən deyib ki,ölkədə hələ çox aşağı ranqlı məmurlar və iş adamları həbs edilir.

“Yalnız, 2005-ci ildə iqtisadiyyat və səhiyyə nazirlərinin həbsi ilə bağlı məsələlər oldu. Burada siyasi ittihamlar və əsaslar var idi. Bu həbslər sonradan korrupsiya adı ilə şərtləşdirilsə də, əslində həbsin motivi başqa idi”.

Ekspert indiki zamanda Azərbaycanda sırf korrupsiya ittihamı ilə nazir səviyyəli insanların həbs olunacağına inanmır.

“Hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə hələlik xırda və orta səviyyəli məmurlar səviyyəsində dayanıb”, o qeyd edib.

İbadoğlu Azərbaycanda dövlət məmurlarının gəlirlərini bəyan etməməsini pisləyib.

Məmurların gəlirlərini, mülklərini bəyan etməməsini qətiyyətlə pisləyirəm. Azərbaycan əgər müasir dünyanın bir hissəsi olmaq istəyirsə bütün maliyyə sahəsində şəffaflığa, hesabatlılığa hörmətlə yanaşmalıdır.

Qubad İbadoğlu

“Məmurların gəlirlərini, mülklərini bəyan etməməsini qətiyyətlə pisləyirəm. Azərbaycan əgər müasir dünyanın bir hissəsi olmaq istəyirsə bütün maliyyə sahəsində şəffaflığa, hesabatlılığa hörmətlə yanaşmalıdır. Bu gün bütün dünyada anti-korrupsiya mübarizəsinin əsas istiqamətlərindən biri gəlirlərin açıqlanması ilə bağlıdır. Artıq, dünyada bu məlumatlar ictimaiyyət üçün əl çatandır. Bizim regionda Ukraynada, Gürcüstanda bu sahədə mühüm işlər görülüb. Təəssüflər olsun ki, Azərbaycanda gəlirlər hələ də açıqlanmır”.

İqtisadçı ekspert hesab edir ki, açıq hökumət tərəfdaşlığında iştirak edən Azərbaycan hökuməti bu məsələni tezliklə həll etməlidir.

“Çünki açıq hökumət tərəfdaşlığının əsas şərtlərindən biri gəlirlərin və əmlakın açıqlanmasıdır. Bu baş verməyincə Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmimiliyinə inanmaq düzgün deyil. İndiki halda korrupsiyaya qarşı mübarizə sahəsində atılan sistemsiz addımları bu sahədə iş aparılması ilə bağlı əhval-ruhiyyə yaratmaq istəyi ilə izah etmək olar”, o qeyd edib.

İbadoğlu hesab edir ki, dövlət başçısından başlayaraq sadə məmura qədər hər bir şəxs həm işə qəbul olunanda, həm də işlədiyi dövrdə gəlirləri və əmlakları ilə bağlı məlumat verməlidirlər.

“Bu məsələdə hökumət səmimi və maraqlı olmalıdır”, o qeyd edib.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Ulyukayevin həbs edilməsinin onun son zamanlar verdiyi bəyanatlarla bağlı olduğunu güman etdiyini deyib.

Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:46 0:00

“O, Rusiya maliyyə nazirliyinin və Mərkəzi Bankın apardığı siyasəti ciddi tənqid edirdi”.

Ekspertin fikrincə, Ulyukayev Rusiyada liberal iqtisadiyyatın, bazar iqtisadiyyatının tərəfdarı kimi tanınıb.

Natiq Cəfərli
Natiq Cəfərli

“Onun son zamanlar maliyyə qanadı, Mərkəzi Bank qanadı ilə ciddi firkir ayrılıqları var idi. İqtisadiyyatda daha çox stimullaşdırıcı proqramların həyata keçirilməsinə çalışırdı. Amma, maliyyə nazirliyi ilə Mərkəzi Bank daha çox sərt pul-kredit siyasəti yürütməyə üstünklük verir. Zaman-zaman mətbuat vasitəsi ilə bir-birlərini ciddi tənqid edirlər. Bununla da əslində Rusiya hökuməti daxilindəki monolitliyi pozmaq görüntüsü yaradırlar”, Cəfərli qeyd edib.

O deyir ki, Rusiyada məmurların rüşvət alması ilə bağlı çoxsayı faktlar var.

“Əgər qubernator müavininin evindən milyardlarla rubl tapılırsa,adi polis polkovniki Zaxarçenkonun evindən axtarış zamanı 8 milyard rub aşkarlanırsa, nazirin 2 milyon dollara görə həbs olunması ağlabatan görünmür. Bu sırf rüşvət və ya korrupsiya məsələsi olsa idi tamamilə fərqli bir yanaşma olardı. Yəni 2 milyon dollara görə belə böyük səs-küy gətirəcək həbs həyata keçirilməzdi”, o qeyd edib.

Cəfərli nazirin həbsini Rusiya üçün ciddi neqativ siqnal kimi xarakterizə edir.

Ulyukayev investorlar, xarici iş adamları, bazar oyunçuları, liberal iqtisadiyyat, bazar iqtisadiyyatı tərəfdarları üçün güvənverici bir fiqur idi.

Natiq Cəfərli

“Ulyukayev investorlar, xarici iş adamları, bazar oyunçuları, liberal iqtisadiyyat, bazar iqtisadiyyatı tərəfdarları üçün güvənverici bir fiqur idi. Düşünürəm ki, məsələ daha da dərinləşsə Rusiyadan kapital axını və investorların getməsi sürətlənə bilər”.

Azərbaycanda da Rusiyada olduğu kimi korrupsiya ittihamı ilə həbslərin olma ehtimalına gəlincə ekspert deyib ki, gələn il belə həbslərin olması ehtimalı çox yüksəkdir.

“Bizdə vəziyyət Rusiyadan fərqlidir. Çünki böyük vəsaitlər dar bir çevrənin əlində cəmləşib. Azərbaycanda biznes mühiti də, vəsaitlər də Rusiyadan fərqli olaraq çox kiçikdir. Müstəqil bazar oyunçuları yoxdur. Bizneslə məmur çulğalaşıb. Bu səbəbdən də ciddi səs-küy gətirən həbslər və müsadirələr gələcəkdə ola bilər. Məmurlarla bağlı da gələn il müəyyən addımlar atıla bilər. Çünki ölkənin iqtisadi durumu gərginləşdikcə daxili çevrədə vəsait axtarışına çıxılacaq. Vəsatin də dar çevrədə cəmləşdiyini nəzərə alaraq, bu əməliyyatların da dar çevrədə keçiriləcəyi istisna olunmur”, Cəfərli güman edir.

Məmurlarla bağlı gələn il müəyyən addımlar atıla bilər. Çünki ölkənin iqtisadi durumu gərginləşdikcə daxili çevrədə vəsait axtarışına çıxılacaq. Vəsaitin dar çevrədə cəmləşdiyini nəzərə alaraq, bu əməliyyatların dar çevrədə keçiriləcəyi istisna olunmur.

Natiq Cəfərli

Ekspert Azərbaycanda məmurların gəlirlərini bəyan etməməsini çox neqativ qiymətləndirir.

“Məmurların gəlirlərini və əmlaklarını bəyan etməsi ilə bağlı qərar çoxdan verilib. Bununla bağlı addımlar da çoxdan atılmalı idi. Bu günədək gəlirlər bəyan edilmirsə, deməli məmurların gizlətdiyi çox şeylər var”.

Onun fikrincə, gəlirlərin bəyan edilməsinin həyata keçirilməsi ilə bağlı siyasi iradə lazımdır.

XS
SM
MD
LG