Accessibility links

Ekspertlər Əl-Qaidə təhlükəsinin artmasından narahatdır


Əl-Qaidə lideri Usama bin Ladenin ölümündən iki il yarım vaxt keçəndən sonra Amerika ekspertləri və əks-terror rəsmiləri təşkilatın Yaxın Şərq və Şimali Afrika regionlarında hələ də başlıca təhlükə olduğunu bildirir.

Ceymi Mattis 2011-ci ildə ABŞ dəniz piyadaları İraqda Əl-Qaidəyə qarşı mübarizə aparan vaxtdan təşkilatın fəaliyyətləri ilə tanışdır. O, Yaxın Şərq, Şərqi Afrika və Əfqanıstanda ABŞ Mərkəzi komandanlığının generalı olub. İndi istefada olan general Əl-Qaidəyə qarşı mübarizə strategiyasını izləyir: “Zorakı cihad, xüsusilə Əl-Qaidə təhlükəsinin artmaqdadır. Bu təhlükə azalmır. O artır və onlar yeni imkanlar axtarır.”

Ceymi Mattis bu yaxınlarda Vaşinqtonda terrorizmə dair konfransda çıxış edib. Onun sözlərinə görə, Qərb Əl-Qaidəni başa düşə bilmir və bunun nəticəsi olaraq, terror təşkilatını məğlub etmək üçün effektiv əməliyyat və təbliğat strategiyası apara bilmir. “Bizim səylərimiz indiyə kimi kifayət olmayıb. Biz bu gün coğrafi mənadan kənar bir ideyalar məkanını müdafiə edirik. Bizim üçün Qərbdə bu ideyalar İntibah dövründən qaynaqlanaraq, azadlıq, individual şəxsi ləyaqət və bu kimi məna daşıyır. Toni Bleyerin ofisi tərk etməsindən sonra mən bizim bəşəri dəyərlər baxımından qoruyub saxlamağa çalışdığımız ləyaqəti izah edə biləcək bir Qərb siyasətçisi görmürəm.”

O, 2013-cü ildə cihadçıların fəaliyyətindən narahat olan yeganə şəxs deyil.

Bin Ladenin yaxın silahdaşlarının ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən, ya da pilotsuz idarə edilən təyyarələrin hücumları nəticəsində qətlə yetirilməsinə baxmayaraq, Suriya, Yəmən, Liviya və Qərbi Afrikada keçən il ərzində bir sıra əməliyyatlar keçirə bilib.

2013-cü ildə Əl-Qaidə ilə əlqaəsi olan cihadçılar Keniyada ticarət mərkəzində 73 adamın ölümülə nəticələnmiş hücum həuyata keçirib, Əlcəzairdə qaz mədənini ələ keçirib və 39 girovu qətlə yetirmişdi.

Əl-Qaidənin İraqda hücumlarının sayı artmışdı. Ekspertlər Misirdə Sinay səhrasında ölkədə yaraqlı qrupların Əl-Qaidə təşkilatına yaxınlaşmasından ehtiyat edir.

Cihadçılar həmçinin Suriyada prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan üsyançılar arasında güclü mövqe tutmağa başlayıb.

Suriyanın şimalında Əl-Qaidə ilə əlaqədi olan döyüşçülərə qarşı mübarizə aparan yüksək səviyyəli kürd komandir Gican İbrahimin sözlərinə görə, cihadçılar öz sıralarına yeni qüvvə gətirmək işində müvəffəq olub. Onun mübarizə apardığı cihadçıların çoxu Suriyada anadan olmayıb. “Onların 90 faizi xarici ölkədən gəlib. Onlar Suriyadan deyil, onların çoxu Səudiyyə Ərəbistanı, Tunis və Liviyadan gəlib. Mən öz gözlərimlə Avropa ölkələrindən gəlib Əl-Qaidə üzvü olub bizə qarşı vuruşan adamları görmüşəm.”

Givan İbrahim psixoloji baxımdan cihadçılarla mübarizə aparmağın çətin olduğunu deyir:”Onun beynində dağıdıb cənnətə getməkdən başqa heç bir şey yoxdur. Buna görə onların missiyası bizimkindən daha asandır.”

Vaşinqtonda Ceysmtaun fondunda keçirilən konfransda danışan ekspertlər əks-terror missiyasının 2014-cü ildə daha çətin ola biləcəyini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG