Accessibility links

Honq Konqda ekstradisiya qanunu tamamilə ləğv edildi


Honq Konq qanunvericiləri çərşənbə günü ekstradisiya qanunun tamamilə ləğv edib. Qanun hökumətə qarşı 4 aydan çox davam edən etirazlara səbəb olmuşdu

Eyni gün qətldə ittiham edilən və Tayvan rəsmilərinə təslim olacağını deyən şəxs azadlığa buraxılıb.

Lakin nümayişçilər və müxalif qanunvericilər qərarı kiçik addım adlandıraraq, Honq Konq hökumətindən tələb etdikləri 5 şərtdən yayınmayacaqlarını bildirib.

1997-ci ildə Honq Konqun Britaniyadan Çinə keçməsi “bir ölkə, iki sistem” şərtini ehtiva edən razılığa əsaslanırdı.

Şəhərdə uyun ayından bəri etirazlar səngimək bilmir.

Çinin Honqun Konqun muxtariyyətini ləğv etmək cəhdi və azadlıqları boğmasından sonra əhali etirazlara başlayıb.

Son etirazlar polislə etirazçılar arasında toqquşma ilə nəticələnib və nümayişçiləri "terrorçu" adlandıran Pekin tərəfdarı məmurların qınağına səbəb olub.

Artıq geri alınan ekstradisiya qanun layihəsi səbəbindən başlayan etirazlar, daha böyük azadlıqlar və vətəndaş azadlıqları olmaqla, beş əsas tələblə davam etdirilib.

XS
SM
MD
LG