Accessibility links

Elçin Şıxlı: Media siyasəti köklü şəkildə dəyişilməlidir


Elçin Şıxlı: Media siyasəti köklü şəkildə dəyişməlidir
please wait

No media source currently available

0:00 0:20:36 0:00

Elçin Şıxlı: Media siyasəti köklü şəkildə dəyişməlidir

İyulun 22-də Azərbaycanda milli mətbuatın 144 illiyi qeyd edildi. Bu il Turan agentliyi, “Press-klub” və Azərbaycan Jurnalistlər Birliyinin Milli Mətbuat Günü münasibəti ilə təşkil etdiyi forumda media azadlığı və iqtisadi durumun acınacaqlı vəziyyətdə olduğu vurğulanıb. Forumda hazırda Azərbaycanda 5 mindən çox nəşrin olduğu, lakin onların çoxunun müntəzəm çap oluna bilmədiyi və ya çapını dayandırmalı olduğu qeyd edilib. Bu il həm də “Həsən bəy Zərdabi” adına mükafatın təqdimatı üç ildən sonra bərpa edilib. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Azərbaycanda mətbuatın bugünkü durumu, saytların bloklanması və media siyasətindən danışıb.

“Medianın əsas prioritetlərindən və əsas bünövrələrindən biri onun müstəqil olmasıdır. Müstəqil olması onun özünü dolandıra bilməsidir. Çox təəssüf ki, indi Azərbaycanda elə bir şərait yaranıb ki, özü-özünü dolandıra biləcək media strukturları demək olar ki, aradan çıxıb”, Elçin Şıxlı bildirib.

Elçin Şıxlının sözlərinə görə, “dövlətin ən yüksək strukturlarında medianın vəziyyəti və informasiya sahəsində gedən proseslərdən narazılıq var.”

O deyib ki, Azərbaycanda müstəqil saytların bloklanması və azad mediaya çıxışa məhudiyyətlərə son qoyulması üçün “informasiya sahəsində köklü dəyişiklər edilməli və yanaşma tərzi dəyişməlidir.”

“Saytın birinin bloklanması olur, daha sonra onu blokdan çıxara bilərlər, iki gündən sonra yenə bloklaya bilərlər. Söhbət bundan getmir. Söhbət köklü dəyişikliklərdən gedir və gərək ümumən informasiya siyasətinə yanaşma tərzi dəyişməlidir. Bizim ən böyük problemlərimizdən biri ondan ibarətdir ki, media sahəsinə cavabdeh olan strukturlar və onun, belə deyək, məmurları, onlar informasiya ilə deyil, kütləvi informasiya vasitələri ilə işləməyə çalışırlar və belə də edirlər. Amma əslində, heç bir rəsmi struktur kütləvi informasiya vasitələri ilə işləməməlidir. Onlar iformasiyanın özü ilə işləməlidirlər.”

Elçin Şıxlı yerli tele kanallarda kefiyyətli proqramların olmaması və azad informasiyaya çıxışın məhdudlaşdırılmasının “dövlət təhlükəsizliyi baxımından nəticələrini” qeyd edib.

“Təsəvvürünüzə gətirin ki, əslində indi bir çox adamları dindirəndə bizim yerli milli kanallara baxanların sayı olduqca azdır. İnsanların böyük əksəriyyəti ya Rusiyaya baxır, ya da Türkiyəyə. Bu da ki bilirsiniz, xəbər nöqteyi-nəzərindən çox pis bir məqamdır. Çünki Azərbaycanda hansısa bir hadisə baş verir, yerli tamaşaçılar yerli kanallara baxmırlar, yaxud da orada verilən xəbərlərə inanmırlar, başlayırlar Rusiya kanallarına baxmağa, yaxud da eyni hadisəni şərh edən Türkiyə kanallarına. Və onların da, yəni Rusiyanın, Türkiyənin hər nə qədər olsa da, öz maraqları ola bilir və onların baxış bucaqları tamamilə bizimkindən fərqlənir.”

Elçin Şıxlı media azadlığına məhdudiyyətlərin sosial şəbəkələrdə saxta xəbərlər və dezinformasiyanın yayılmasına gətirib çıxardığını qeyd edib. O bildirib ki, bunun baş verməməsi üçün ənənəvi media vasitələri azad şəkildə informasiyanı çatdıra bilməlidir.

Elçin Şıxlı üç il fasilədən sonra "Həsən bəy Zərdabi" adına mükafatın yenidən təqdim edilməsindən də danışıb.

"Mediada baş verən proseslər bizi heç cür qane edə bilmirdi. Yəni normal jurnalistlər qalsa da, normal media strukturları demək olar ki yox idi. İndi məsələn, son zamanlar Turan İnformasiya Agentliyinin rəhbəri, həmkarımız və dostumuz Mehman Əliyevin saxlanılması, Turan İnformasiya Agentliyinə qarşı işin qaldırılması və sonunda bunun ən yuxarı mənsəblərdə qarşısının alınması və Mehman Əliyevə tam bəraət qazandırılması onu göstərir ki, müəyyən düşüncələr və impulslar var. Həm də üç il ərzində mükafatlandırılası jurnalistlər yetişdi nəhayət. Ona görə də biz belə qərara gəldik ki, ümumi media mühiti ürəkaçan olmasa da, hər halda çalışan və doğurdan da əsl jurnalist prinsiplərinə riayət edən və jurnalistika üçün can yandıran həmkarlarımız hələ də var. Və onların da zəhmətini yerə vurmaq olmaz, gözardına vurmaq olmaz və onları həm də müəyyən dərəcədə stimullaşdırmaq lazımdır. Və buna görə də biz Zərdabi mükafatını yenidən təqdim etmək qərarına gəldik.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG