Accessibility links

Elçin Sadıqov və Anar Bağırov bir-birini qanunvericiliyi pozmaqda günahlandırır


Vəkillər Kollegiyasının sədri Anar Bağırovun və vəkil Elçin Sadıqovun Amerikanın Səsinə müsahibəsi

Vәkillәr Kollegiyasında vәkil Elçin Sadıqov barәsindә intizam icraatı başlanıb.

Bu barәdә vəkil facebook səhifəsində yazıb.

O bununla bağlı iyulun 10-da Vәkillәr Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət olunub.

“Məlum oldu ki, bu ilin iyununda Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Kəmalə Qasımova barəmdə şikayət yazıb. Guya mәn Sərdar Qasımov barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymışam. Mən ona qarşı nüfuzdan salan ifadə işlətməmişәm,” vəkil qeyd edib.

Anar Bağırov: Bu tənqid deyil, böhtandır

Anar Bağırov
Anar Bağırov

Vәkillәr Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinə bildirib ki, “Elçin Sadıqov məlumat yayıb ki, guya mərhum vəkil Sərdar Qasımov, bizim hörmətli vəkilimiz, adı şərəf kitabına salınan, vəkillər tərəfindən böyük hörmətə malik olan şəxs guya sağ olanda buna deyib ki, mən səhv rəy yazmışam. Birinci rəyi verən Sərdar müəllim deyildi, rəyi komissiya verir. Sərdar müəllim 11 nəfərdən (Vəkillərin İntizam komissiyası nəzərdə tutulur-red) biri idi. O, təkbaşına rəy verə bilməzdi.”

Anar Bağırov: Bu tənqid deyil, böhtandır
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Bağırov hesab edir ki, ölən insan barədə danışmaq düzgün deyil.

“Ölən insan barədə başlayır belə yalan stilli məlumatlar yaymağa. Bilirsiniz, niyə yalan deyirik? Yalan olmasa sağ olanda o məlumatı yayardı. Elçin Sadıqov göstərir ki, Sərdar Qasımov deyib ki, ona sifariş verilib. Yaxşı, sən nəyə görə, götürüb başqa adamları cinayətdə ittiham edirsən. Bu tənqid deyil, böhtandır. Biz bunu belə təqdim edirik.”

Bu dedi, mən, düz etmişəm, hər şeyi düz yazmışam. Nə varsa elədir. Biz də dedik ki, elədirsə, onda intizam icraatı başlansın, komissiya məsələni araşdırsın.
Anar Bağırov, Vəkillər Kolegiyasının sədri

Kollegiyanın sədri deyib ki, Sadıqovu kollegiyaya dəvət ediblər.

“Biz istədik onun fikrini öyrənək. Bəlkə bu insan deyəcək ki, orada mən bir qədər acıqlı olmuşam, müəyyən subyektiv yanaşmam olub, səhv etmişəm. Bu dedi, mən düz etmişəm, hər şeyi düz yazmışam. Nə varsa elədir. Biz də dedik ki, elədirsə, onda intizam icraatı başlansın, komissiya məsələni araşdırsın. İndi də götürüb, hər yerdə yayır ki, mən tənqid etmişəm,” Bağırov qeyd edib.

Elçin Sadıqov: Anar Bağırov barəsində intizam icraatının başlanmasını tələb edəcəm

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəısində bildirib ki, Anar Bağırovun dedikləri həqiqətə uyğun deyil.

“Mən heç kimə böhtan atmamışam. Ümumiyətlə böhtan və təhqir cinayət hesab olunur. Mənim barəmdə də hər hansı məhkəmə hökmü olmadığına görə Bağırovun dedikləri həqiqətə uyğun deyil. Bu məni hökm olmadan cinayətdə ittiham etməkdir. Mən həqiqəti yazmışam, sadəcə olaraq xatirəmi yazmışam. Qeyd edim ki, heç bir təhqirə, böhtana, yalan ifadəyə yol verməmişəm.”

Elçin Sadıqov: Anar Bağırov barəsində intizam icraatının başlanmasını tələb edəcəm
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Vəkil hesab edir ki, Vəkillər Kollegiyası öz səlahiyyət həddini aşır və məhkəmələrin funksiyasını mənimsəyir.

“Mülki Məcəllənin 23-cü maddəsində, konstitusiyanın 46-cı maddəsində deyilir ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı yalnız məhkəmələrə müraciət oluna bilər. Hətta istintaq orqanına müraciət oluna builməz. Bu səlahiyyət yalnız məhkəmələrə verilir,” o qeyd edib.

Cənab Anar Bağırov bəyanatında məni böhtan və təhqirdə təqsieli bilib. Məni cinayət etməkdə ittiham edib. Halbuki barəmdə hər hansı ittihamedici hökm yoxdur.
Elçin Sadıqov, vəkil

Sadıqov özünə qarşı intizam icraatının yaradılmasını belə izah edib.

“Mənim barəmdə intizam icraatının başlanılması Avropa Şurasının İnsan Haqları komissarı Dunya Miyatoviç və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla bu günlərdə keçirilən görüşdə insan hüquqlarının və vəkilliyin durumu ilə bağlı məsələ qaldırmağımla bağlıdır. Həm də bir neçə gün əvvəl Polad Aslanovun (Xebermen.az saytının rəhbəri, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib, dövlətə xəyanətdə ittiham olunur-red) cinayət işi üzrə vəsatət qaldırdığıma görə mən hədələnmişdim. Hesab edirəm ki, inziam icraatının başlanması onun məntiqi ardıcıllığıdır,” vəkil deyib.

Sadıqov kollegiyanın sədri Anar Bağırovla bağlı Vəkillər Kollegiyasının intizam icraatına başlamasını tələb edəcəyini bildirib.

“Cənab Anar Bağırov bəyanatında məni böhtan və təhqirdə təqsirli bilib. Məni cinayət etməkdə ittiham edib. Halbuki barəmdə hər hansı ittihamedici hökm yoxdur. Mən bununla bağlı şikayət hazırlayıb Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edəcəm və Anar Bağırov barəsində intizam icraatının başlanmasını tələb edəcəm,” Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.

Bundan öncə də Vəkillər Kollegiyası bir neçə dəfə vəkil Elçin Sadıqovla bağlı intizam icraatına baxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG