Accessibility links

Kartel silahlıları "El Çapo"nun oğlunu polisdən azad edib


Ağır silahlı döyüşçülər cümə axşamı Meksikanın Kuliakan şəhərində təhlükəsizlik qüvvələrini mühasirəyə alaraq narkobaron Hoakin 'El Çapo' Quzmanın oğullarından birini azad ediblər.

Meksikada narkobaron 'El Chapo'nun oğlu oktyabrın 17-i tutulduqdan sonra kartel silahlıları onu azad etməyə müvəffəq olub.

30 nəfərdən ibarət milli hərbiləşdirilmiş polis qüvvəsinə gündəlik patrul zamanı bir evdən hücum edilib.

Şəhəri dolaşan çox sayda kartel silahlıları günorta saatlarında Kulikan şəhərində avtomobilləri yandırıb. Polis və silahlılar arasında atışma baş verib.

Rəsmilər yerli televiziyaya çoxlu sayda insanın həlak olduğunu və yaralandığını bildirib.

Meksikanın Təhlükəsizlik naziri Alfonso Durazo silahlıların təhlükəsizlik qüvvələrinə üstün gəldiklərini və onların dinc əhalinin həyatını təhlükəyə qoymamaq üçün Ovidio Quzmanı sərbəst buraxdıqlarını söyləyib.

"30 nəfərdən ibarət milli hərbiləşdirilmiş polis qüvvəsinə gündəlik patrul zamanı bir evdən hücum edilib. Patrul personalı hücumu dəf edib və içəridə dörd şəxslə birlikdə evi nəzarətə götürüb. Saxlanılanlardan birinin Ovido Quzman Lopez olduğu müəyyən edilib. Bu, patrul gücündən daha böyük olan və bir neçə mütəşəkkil cinayətkar qrupdan ibarət olan qüvvənin evi mühasirəyə almasına yol açıb," nazir deyib.

Sinaloa ştat rəsmiləri təsdiqləyiblər ki, ara qarışan zaman həbsxanadan qaçış da baş verib.

ABŞ-a təhvil verilən "El Çapo" ömürlük həbs cəzasına məhkum edilib.
ABŞ-a təhvil verilən "El Çapo" ömürlük həbs cəzasına məhkum edilib.

Kulikan uzun müddət Hoakuin 'El Çapo' Quzmanın Sinaloa kartelinin istehkamı olub.

O, tutulmasından və ABŞ həbsxanasında tonlarla narkotik qaçaqmalçılığına görə mühakimə olunmasından əvvəl onilliklər boyu kartelə rəhbərlik edib.

Oğlunun tutulmasına xaotik reaksiya, daha məşhur atasının həbsləri ilə müqayisədə belə Meksikanın narkotik müharibəsində nadir hallarda görülən bir miqyasda olub.

Baş verənlər çox güman ki, narkotik zorakılığı aradan qaldırmağı vəd edən prezident Andres Manuel Lopez Obradora qarşı təzyiqləri artıracaq.

XS
SM
MD
LG