Accessibility links

El Çapo Quzman müqəssir tanınıb


Nyu-Yorkda münsiflər məhkəməsi meksikalı narko-baron Coaquin El Çapo Quzmanı müqəssir tanıyıb.

Üç ay şahid ifadələri dinlənildikdən sonra hakimlər Quzmanın təqsirli olduğunu müəyyən etmək üçün prokurorların çox sayda dəlillərini nəzərdən keçirib.

Prokurorlar Quzmanı 20 ildən çox müddət ərzində ABŞ-a tonlarla kokain, heroin və digər narkotik maddələr gətirməkdə təqsirləndirir.

Quzman ABŞ-ın Çikaqo, Mayami və Nyu-York kimi bir sıra şəhərlərində çirkli pulların yuyulması, insan oğurluğu və qətl də daxil olmaqla, Şimali Amerikada böyük narkotik maddə qaçaqmalçılığı əməliyyatı ilə əlaqədar ittihamları rədd edib.

61 yaşlı Quzman hazırda ömürlük həbsə məhkum edilə bilər.

Yoxsulluqdan zəngin narko-baronluğa qədər yol qət edən Quzmanın vəkilləri deyib ki, o, sadəcə günah keçisidir və narkotik qaçaqmalçılığı əməliyyatlarının əsl lideri Sinaqol kartelinin yaradıcılarından biri İsmael “El Mayo” Zambadadır.

XS
SM
MD
LG