Accessibility links

El Çaponun məhkəməsi davam edir


Məşhur meksikalı narkobaron Hoakin “El Çapo” Quzmanın məhkəməsi çərşənbə günü Bruklində davam edir.

ABŞ prokurorları çərşənbə axşamı münsiflər məhkəməsinə bildirib ki, Quzman Meksikanın Sinaloa kartelinin başçısı olaraq Birləşmiş Ştatlara kokain, marixuana və metamfetamin göndərən rəqiblərini yox etmək üçün qatil komandası göndərib.

İki dəfə həbsxanandan qaçandan sonra Quzman itihamları rədd edərək, günahsız olduğunu bildirib. Vəkilləri deyir ki, Quzman rüşvətxor hökümət rəsmiləri və adının açıqlanmadığı dünyanın ən böyük narkobaronunun günah keçisidir.

Quzmanın vəkilinin sözlərinə görə, həqiqi narkobaronun azadlıqda qalması üçün Meksikanın hazırkı prezidenti, onun sələfi və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının bir rəsmisi də daxil olmaqla, Meksika və Amerika rəsmilərinə pul ödənilib.

Quzmanın ələ keçirilməsinə baxmayaraq, Sinalol karteli hələ də çox gəlir əldə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG