Accessibility links

Bu gün Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin doğum günüdür


Azərbaycan milli azadlıq hərəkatının lideri və ilk demokratik prezident Əbülfəz Elçibəy
Azərbaycan milli azadlıq hərəkatının lideri və ilk demokratik prezident Əbülfəz Elçibəy
İyunun 24-də 1992-93-cü illərdə Azərbaycanın prezidenti olmuş Əbülfəz Elçibəyin anadan olduğu gündür. Bu münasibətlə İctimai Palataya daxil olan partiyaların rəhbərləri, quruma üzv olan şəxslər, eləcə də siyasi fəallar, həbsdən yenicə çıxmış vicdan məhbusları Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

Əbülfəz Elçibəyin 74 yaşını onun məzarı başında qeyd edən silahdaşları, sevənləri mərhumun ruhuna dualar oxuyub, məzarına gül qoydular.

Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxış ediblər.

Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvanda dünyaya gəlib, 2000-ci il avqustun 22-də Türkiyədə vəfat edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG