Accessibility links

Həbsdə olan hüquq müdafiəçisi aclığa başlayıb


Elçin Məmməd

Hazırda Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd aclıq aksiyasına başlayıb. Artıq 2 ildir həbsdə olan hüquq müdafiəçisi özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.

Bu barədə hüquq müdafiəçisinin anası Rahilə Məmmədli Amerikanın Səsinə bildirib.

Rahilə Məmmədli bildirib ki, oğlu sifarişlə həbs edilib.

“Mən özüm də xəstəyəm. Elçin maraqlı məmurların girovuna çevrilib və törətmədiyi cinayətə görə sanki əsirlikdə saxlanılır. Sabah özüm onunla görüşməyə çalışacam. Ondan xahiş edəcəm aclığı dayndırsın. Elçin hepatit C xəstəsidir, bronxlarında problemlər var, nəfəs almaqda çətinlik çəkir, böyrəkləri normal funksiyasını yerinə yetirmir və prostatitdən əziyyət çəkir. O belə vəziyyətdə aclığa necə dözəcək?” hüquq müdafiəçisinin anası qeyd edib.

Penitensiar Xidmətdən hüquq müdafiəçisinin aclığa başlaması ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib. Yerli məhkəmələr onun hökmdən şikayətlərini rədd edib və o, Avropa İnsan Hüquqları Məhkəməsinə cinayət təqibinin qanunsuz olmasının tanınması üçün şikayət verib.

Amnesty International, PEN, FİACAT və digər beynəlxalq hüquq müdafiə təşkilatları Elçin Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin müraciətində deyilir ki, Elçin Məmmədin həbsinin əsl səbəbi onun Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatları, sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları, korrupsiya faktlarını ifşasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG