Accessibility links

Vəkil Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə görüşə bilməyib [Video]


Vəkil Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə təcridxanada görüşə bilməyib
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Vəkil Elçin Sadıqov

Vəkilin bu açıqlamasına hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb

"İyunun 5-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşmək istədim. Ancaq buna imkan verilmədilər".

Bunu vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkilin sözlərinə görə, təcridxana rəisinin müavini ilə görüşdə o bunu müstəntiqi tapa bilməmələri ilə izah edib.

"Halbuki, buna ehtiyac yox idi. Çünki həm məhkəmə qərarında, həm də başqa sənədlərdə mənim adım vəkil kimi qeyd edilir. Görünür, müdafiə etdiyim bu iki şəxs haqqında hansısa qanunazidd əməl baş verir ki, məni onlarla görüşə buraxmadılar. Açıq dedilər ki, bununla bağlı göstəriş var", vəkil vurğulayıb.

Vəkilin bu açıqlamasına hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Mayın 25-də AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada deyilir ki, Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Gözəl Bayramlı həbsini siyasi sifariş adlandırıb və pulun ona məxsus olmadığını, bağlamasına qoyduqlarını bildirib.

Əfqan Muxtarlı isə mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib, ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Vəkil Elçin Sadıqovun qənatəinə görə, Gözəl Bayramlı və Əfqan Muxtarlının işi digərləri ilə birgə eyni icraatda birləşdirilə bilər.

"Hər iki cinayət işinin istintaqı Dövlət Sərhəd Xidmətindən alınaraq Baş Prokurorluğin Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə verilib", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG