Accessibility links

Elçin Namazovun vəkillik səlahiyyətləri dayandırılıb


Elçin Namazovun vəkillik səlahiyyətləri dayandırılıb
Elçin Namazovun vəkillik səlahiyyətləri dayandırılıb

Qərar Vəkillər Kollegiyasının İntizam Komissiyasının cənab Namazovun peşə etikasını pozduğunu təsdiq edən rəyi əsasında qəbul edilib.

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Namazovun səlahiyyətlərinin dayandırılması haqqında qərar qəbul edib. Eyni zamanda, məhkəməyə onun Kollegiya sıralarından xaric edilməsi haqqında müraciət edib.
Qərar Vəkillər Kollegiyasının İntizam Komissiyasının cənab Namazovun peşə etikasını pozduğunu təsdiq edən rəyi əsasında qəbul edilib. Vəkilin cəzalandırılması məsələsi Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayevin 26 avqust tarixli qərarı əsasında qaldırılıb. Hakim cənab Namazovu prosesdən kənarlaşdırıb və onun məsuliyyətə cəlb edilməsi təklifi ilə Vəkillər Kollegiyasına müraciət edib. Bundan başqa, hakim Namazova qarşı 289-cu maddə ilə (məhkəməyə hörmətsizlik) cinayət işi açılması barədə müraciət edib.
Vəkil “siyasi sifarişlə” cəzalandırıldığını hesab edir. “Nə İntizam Komissiyasında, nə Rəyasət Heyətində məni dinləmək belə istəməmələri bunu bir daha sübut etdi”, deyə o qeyd edib.
Vəkilin fikrincə, onu müxalifətçiləri məhkəmələrdə müdafiə etdiyinə və saxta cinayət işlərini ifşa etdiyinə görə təqib edirlər. “Təslim olmaq niyyətində deyiləm və mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə qarşılıqlı iddia qaldıracam”, - deyə o qeyd edib.
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti digər vəkil - Aslan İsmayılovun intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələyə baxıb. Bir müddət əvvəl İntizam Komissiyası onun peşə etikasını pozduğunu bildirmişdi. Lakin, İsmayılovu dinləyən Rəyasət Heyətinin üzvləri onun işinə bir daha baxmağı qərara alıb.

Xatırladaq ki, Elçin Namazov bir sıra müxalifət fəallarının, o

XS
SM
MD
LG