Accessibility links

Jurnalist və siyasi fəala qarşı cinayət işi qaldırılıb [Video-Müsahibə]


Elçin Həsənov: İttihamı qəbul etmirəm
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Elçin Həsənov ittihamı qəbul etmir

Jurnalist və fəal Elçin Həsənova qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb. İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Bu barədə Amerikanın Səsinin E.Həsənovun özü bildirib.

Onun sözlərinə görə, buna bir il öncəki insident səbəb olub. Belə ki, o zaman Həsənov “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun hücumuna məruz qalıb. C.Cəfərov hazırda pul tələb etmək ittihamı ilə istintaq altındadır.

O zaman jurnalist Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə şikayət edib. Bir müddət sonra C.Cəfərov həbs edilib, lakin E.Həsənovun şikayəti üzrə yox, pul tələb etmək faktı üzrə.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi E.Həsənovun şikayəti üzrə insidenti araşdırıb və onu zərərçəkən kimi tanıyıb. İş üzrə məhkəmə bu yaxınlarda olub. C.Cəfərov və E.Həsənov qarşılıqlı olaraq bir-birinə iradlardan imtina ediblər.

Lakin martın 3-də E.Həsənov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və ona qarşı xuliqanlıq ittihamı(maddə 221.1) irəli sürülüb. Ondan istintaq sirrinin açıqlanmaması barədə iltizam alınıb. Yaxın vaxtlarda iş məhkəməyə veriləcək. Proses başa çatana qədər o, həbs qətimkan tədbiri altında – “polis nəzarəti”ndə olacaq. Martın 4-də yenidən sözügedən idarəyə gəlmək tapşırılıb.

E.Həsənov hesab edir ki, jurnalist və müxalifətçi fəaliyyətinə görə təqib edilir. E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin baş redaktor müavinidir. Qəzetin yalnız İnternet versiyası nəşr olunur (yukselis.info). https://www.facebook.com/Elcin.Hasanov?fref=ts.

Bundan əlavə, o, AXCP Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı rəhbərinin müavinidir.

E.Həsənov zərərçəkən qismindən gözlənilmədən müttəhim qisminə keçirilməsini bu yaxınlarda Facebook-da əsgərlər üçün ayrılan ət konservlərinin bazarda satışı haqda informasiya yayması ilə əlaqələndirir.

Jurnalist özünə qarşı cinayət təqibini, xüsusilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqibləri qanunsuz hesab edir. Belə ki, ona qarşı irəli sürülən maddə ağır və mütəşəkkil cinayətlərə aid deyil.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG