Accessibility links

İsmayıllıda jurnalistin məhkəməsi üzrə hazırlıq iclası olub


Elçin İsmayıllı
Elçin İsmayıllı

Martın 12-də “Azərbaycan Saatı” televiziya proqramının İsmayıllı rayonundakı əməkdaşı Elçin İsmayıllıya qarşı şərəf və ləyaqətin təhqiri ittihamı üzrə İsmayıllı Rayon Məhkəməsində hakim Azad Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. İş üzrə məhkəmə prosesi aprelin 9-na təyin edilib.

“Azərbaycan Saatı” televiziya proqramı iqtidarı tənqidi verilişləri ilə tanınır. Proqramın əməkdaşı Seymur Həzi bundan öncə xuliqanlıq ittihamı ilə həbs edilib. Prodüser Xalid Qarayev inzibati qaydada 25 gün həbsdə olub. Digər əməkdaşlar Qənimət Zahid və Natiq Ədilov ölkəni tərk edib.

Elçin İsmayıllını Çernobıl Əlilləri İctimai Birliyinin İsmayıllı şöbəsinin sədri Məleykə Lətifova məhkəməyə verib. O şərəf və ləyaqətinin təhqiri ittihamı ilə maddi təzminat tələb edir.

İsmayıllı Amerikanın Səsinə bildirib ki, bu günki hazılıq iclasında rayonda məktəbli forması tikən fabrikin direktoru Lətafət Məmmədovanın da jurnalisti məhkəməyə verdiyi məlum olub. O da təhqir müqabilində maddi və mənəvi təzminat tələb edir.

İddiaçılar jurnalistin sosial şəbəkələrdə İsmayıllı camaatını təhqir etdiyini və "Azadlıq" qəzetində təkzib verməsini tələb edir.

“Halbuki mən İsmayıllı camaatı ilə bağlı sosial şəbəkələrdə status yazmamışam, "Azadlıq" qəzetində isə ümumiyyətlə İsmayıllı ilə bağlı məqalə çap etdirməmişəm. Şikayətlər sifarişdir və jurnalist fəaliyyətimin məhdudlaşdırılmasına yönəlib. Şikayət son zamanlar “Azərbaycan Saatı” proqramında İsmayıllı sakinlərinin şikayəti əsasında hazırladığım video süjetlərdən sonra edilib”, Elçin İsmayıllı Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG