Accessibility links

Jurnalist azad buraxılıb


Elçin Məmməd
Elçin Məmməd

Avqustun 9-da Gurcustana gedərkən Qazax (Bakıdan 536 kilometr qərb) sərhəd-keçid məntəqəsində saxlanılan “Yüksəliş naminə” qəzetinin baş redaktoru və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri Elçin Məmməd gecəyarısı azad buraxılıb.

O, Amerikanın Səsinə deyib ki, sərhəd məntəqəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçən il onun ölkədən çıxışına qadağa qoyduğu bildirilirb. E. Məmməd ölkədən çıxışına qoyulan məhdudiyyətin aradan qaldırılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını təqdim etsə də buna əhəmiyyət verməyiblər və onu polisə təhvil veriblər.

O, gecəyə qədər Qazax Rayon Polis Şöbəsində saxlanılıb. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin rəisi Canpolad Daanovun göndərdiyi faksdan sonra E. Məmməddən iltizam alınaraq sərbəst buraxılıb.

E.Məmməd xatırladıb ki, bir il öncə də onun ölkədən çıxmasına icazə verilməmişdi. Onun ölkədən çıxışına qadağa DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən qoyulmuşdu.

O, bu qərardan şikayət verib və mayın 24-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin ölkədən çıxışına qadağanın aradan qaldırılması barədə qərar cıxarıb.

“Nəhayət ki, məhkəmənin qərarı qanuni qüvvəyə mindi və bunu təsdiq edən məktubu əldə etdim. Məhkəmə qərarı bir daha təsdiq etdi ki, DİN-in tabeçiliyində olan həmin idarənin hərəkətləri qanunsuzdur və sadəcə siyasi məqsəd daşıyır”, hüquq müdafiəçisi vurğulayıb.

Onun sözlərinə görə, DİN bildirib ki, qadağa E.Məmmədin kredit borcunun olması ilə bağlıdır.

“QHT-yə avadanlıq alınması üçün 5000 manat kredit götürmüşdük. Hazırda banka cəmi 1800 manat borcumuz qalıb və bununla bağlı bank hər hansı məhkəmə mübahisəsi açmayıb. Vətəndaşın ölkədən çıxışına ancaq məhkəmə qərarı ilə məhdudiyyət qoyula bilər”, o bildirib.

E.Məmməd sərhəddə saxlanmasını və məhkəmə qərarının icra olunmamasını öz hüquqlarının və Konstitusiyanın pozulması kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG