Accessibility links

Keçmiş səfirin apellyasiya şikayəti təmin edilmədi


Eldar Həsənov
Eldar Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə Amerikanın səsinə onun vəkili Cavad Cavadov bildirib.

Onun sözlərinə görə Bakı apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Vəkil deyir ki, Eldar Həsənov məhkəmə zalında bir daha günahsız olduğunu və həbsinin əsassız olduğunu bildirib.

Haqqındakı hökmün sifarişlə çıxarıldığını vurğulayan Həsənov onun ləğv olunmasını və ona bəraət verilməsini istəyib.

Vəkil qeyd edir ki, məhkəməyə onun özü ilə yanaşı, üç övladı və başqa qohumları da apellyasiya şikayəti veriblər.

Yaxınları hesab edirlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müsadirə olunan daşınmaz əmlakların əksəriyyəti onların mülkiyyətində olan əmlaklardır.

Lakin məhkəmə onların da apellyasiya şikayətini təmin etməyib.

Amerikanın Səsinin Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasından məhkəmə ilə bağlı məlumat alması mümkün olmayıb.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Rəsmi məlumat

Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata götürülüb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar şərti cəzaya məhkum ediliblər.

Bununla yanaşı, Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. O, cərrahiyyə əməliyyatına məruz qalıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Eldar Həsənov ittihamları qəbul etmir

Keçmiş səfir özünü təqsirli bilmir və ittihamları əsassız hesab edir. Eldar Həsənov iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar onun siyasi iddiada olması barədə dövlət başçısına yalan məlumat ötürüblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG