Accessibility links

Eldar Mahmudov: Regiondakı bəzi dövlətlər Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışır


Milli təhlükəsizlik naziri Eldar Mahmudov
Milli təhlükəsizlik naziri Eldar Mahmudov

2014-cü ildə Azərbaycan Respublikasında təhlükəsizlik etibarlı şəkildə təmin edilib, sabitlik qorunub saxlanıb. Bu barədə martın 28-də Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibəti ilə keçirilən bayram tədbirində milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib.

Onun sözlərinə görə, indiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir.

Respublikamıza qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir.

“Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni zamanda, respublikamıza qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib.

Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplamış və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışmışdır. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır”.

Nazir deyib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə maddi maraq zəminində əsasən Türkiyədən deportasiya edilmiş Orta Asiya ölkələrinin vətəndaşlarını Azərbaycandan İrana və Gürcüstana, oradan isə qanunsuz yollarla yenidən Türkiyəyə keçirən bir qrup Azərbaycan vətəndaşı və onların əlaqələrinə dair materiallar əsasında istintaq aparılır.

Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycanvətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib.

“Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycanvətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb, dini dözümsüzlük zəminində cinayət törətmiş daha 10 nəfər həbs olunub”, Mahmudov qeyd edib.

Nazir son vaxtlar Azərbaycan vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak hallarının artmasının narahatlıq doğurduğunu bildirib.

Son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir

“Son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycana qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır”.

Milli Təhlükəsizlik Nazirliyi son bir ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün səmərəli tədbirlər də davam etdirib.

“Bu müddətdə 329 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 183 kiloqram heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Ümumilikdə 41 cinayət işi başlanıb, 84 nəfər məsuliyyətə cəlb olunub”.

Rusiya Federasiyasının aidiyyəti orqanları ilə tərəfdaşlıq çərçivəsində birgə keçirilmiş əməliyyatlar nəticəsində 2 fakt üzrə 3 nəfər Rusiya vətəndaşından 160 kiloqramdan çox narkotik vasitə götürülüb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 24,5 kiloqramdan çox qurudulmuş marixuana götürülüb, 1 Ukrayna, 9 Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmiş 5 nəfər Azərbaycan vətəndaşından külli miqdarda narkotik vasitə ilə yanaşı, “Makarov” tipli 2 tapança, “Naqan” tipli 1 revolver və xeyli sayda döyüş sursatı götürülüb.

Təxminən 11 kiloqrama yaxın, dövriyyəsi qadağan edilmiş civəni xarici ölkə vətəndaşına satmaq istəyən daha 1 nəfər Azərbaycanvətəndaşı barəsində isə cinayət işi başlanıb.

İl ərzində yalançı sahibkarlıq vasitəsilə külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi faktları üzə çıxarılıb.

Mahmudov qeyd edib ki, milli təhlükəsizlik orqanları tərəfindən il ərzində yalançı sahibkarlıq vasitəsilə külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi faktları üzə çıxarılıb. Həmçinin qiymətli daş-qaşın və zinət əşyalarının, eləcə də qanunsuz rabitə xidmətinin təşkilində istifadə olunan rabitə cihazlarının qaçaq yolla ölkə ərazisinə gətirilməsi faktları aşkarlanıb.

“İfşa edilmiş digər mütəşəkkil cinayətkar dəstə tərəfindən müştərilərin hesablarından külli miqdarda vəsaitin talanması halları müəyyən edilib, bu faktlar üzrə 7 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.

Saxta pul və qiymətli kağızların hazırlanması, müxtəlif şəxslərin adına sənədləşdirilməsi yolu ilə vəsaitlərin mənimsənilməsi faktları da aşkar olunub. Hərbi xidmətdən yayınmaq üçün saxta sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin saxtalaşdırılması və sair hallar müəyyən edilib. Hazırda bu faktlarla bağlı 14 cinayət işinin istintaqı aparılır”, o qeyd edib.

Ötən müddət ərzində qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər tutularaq ümumilikdə 275 şəxs barədə 142 cinayət işinin tam, hərtərəfli və obyektiv istintaqı aparılıb, 128 nəfər məsuliyyətə cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyi hazırda 51 xarici dövlətin 76 xüsusi xidmət orqanı, habelə bir sıra beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələrə malikdir. Əməkdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir.

Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Eldar Mahmudov olduqca çətin şəraitdə xidmət aparan Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

“Həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən muxtar respublikadakı ictimai-siyasi və dini proseslərə, burada dislokasiya olunmuş hərbi strukturlara xüsusi diqqət göstərilməsi kimi kəşfiyyat-pozuculuq fəaliyyətlərin qarşısı alınıb.

Eyni zamanda, Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib”, nazir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG