Accessibility links

Azərbaycanın göndərdiyi elektrik avadanlıqları Ukraynaya çatıb


Azərbaycan Ukraynaya humanitar yardım olaraq elektrik avadanlıqları göndərib (Rəsmi foto, mənbə Xarici İşlər Nazirliyi)
Azərbaycan Ukraynaya humanitar yardım olaraq elektrik avadanlıqları göndərib (Rəsmi foto, mənbə Xarici İşlər Nazirliyi)

Ukraynanın zərər çəkmiş ərazilərinin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən dekabrın 10-da əsas elektrik avadanlıqlarından ibarət göndərilən humanitar yardım karvanı bu ölkəyə çatıb.

AZƏRTAC dövlət agentliyinin məlumatında deyilir ki, dekabrın 17-də humanitar yardım karvanının Ukraynanın Rumıniya ilə sərhəd ərazisi olan Çernovtsı şəhərində təhvili mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, humanitar yardıma 45 güc transformatoru və 50 generatoru daxildir.

"Onların ilk hissəsi artıq Ukrayna ərazisindədir. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobili karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub".

Sabir Rzayev bildirib ki, Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.

Ukrayna Energetika Nazirliyi yanında Humanitar Yardım Mərkəzinin rəhbəri Petro Lutsiv isə qeyd edib ki, Azərbaycanın göndərdiyi güc transformatorları və generatorlar Nikiolayev, Sumı, Boradyanka, Xerson, Xarkov, Zaporojye şəhərlərində enerji təchizatının bərpasına sərf ediləcək.

Azərbaycanın Ukraynaya transformator və generatorlar göndərməsi Rusiyanın narazılığı ilə qarşılanıb.

“Azərbaycanın Ukraynaya “humanitar yardım kimi” transformator və generatorları təhvil verməsi Rusiyada çaşqınlıq yaradır.”

Bu barədə dekabrın 15-dəTASS agentliyinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Bakının belə bir addım atması çaşqınlıq doğurur. Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın Kyiv rejiminin hərbi ehtiyaclar üçün istifadə etdiyi kritik infrastrukturunu məhv edir. Azərbaycanın tədarükləri, hansı ki, vəziyyəti kökündən dəyişəcək qədər humanitar yardıma bərabər deyil”, mənbə bildirib.

TASS bildirir ki, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Qarabağ ərazilərinin münaqişədən sonra yenidən qurulmasının zəruriliyini və artan sosial-iqtisadi çağırışları nəzərə alaraq, tədarük olunan texnikaya respublikanın özündə tələbat olduğunu vurğulayan bəzi azərbaycanlı müşahidəçilərin fikrinə də diqqət çəkib.

ABŞ Dövlət Departamenti isə Azərbaycanın Ukraynaya humanitar yardımlar etməsini alqışlayıb.

“ABŞ Moskvanın çətin anda başqa ölkələrin ukraynalılara yardım etməsinə imkan verməmək cəhdini necə qiymətləndirir?” - Turan agentliynin müxbirinin bu sualına cavabda ABŞ Dövlət Departamentinin mətbuat katibinin müafini Vedant Patel bildirib ki, Vaşinqton bu yardımı ancaq alqışlaya bilər.

"Biz bundan sonra da müttəfiqlərimizin, tərəfdaşlarımızın və bütün dünya ölkələrinin Ukraynanın enerji sistemini möhkəmləndirməsinə, Rusiya tərəfindən daimi hücumlara tab gətirə bilməsi üçün onun daha etibarlı olmasını təmin etməyə kömək məqsədilə göstərdikləri dəstəyi alqışlamağa davam edəcəyik", o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG